Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Yol polisindən "Son zəng"lə bağlı XƏBƏRDARLIQ

14.06.2025 14:00 1 050
Yol polisindən
Baş Dövlət Yol Polisi İdarəsi "Son zəng"lə bağlı xəbardarlıq edib.

Bu barədə idarədən məlumat verilib.

Bildirilib ki, bu gün ümumtəhsil müəssisələrində keçirilən "Son zəng" tədbirləri ilə əlaqədar yol polisi əməkdaşları ölkə üzrə gücləndirilmiş iş rejimdə xidmət aparır, hərəkət iştirakçılarının təhlükəsizliyinə ciddi nəzarət olunur.

"Təəssüf ki, əvvəlki illərin təcrübəsi göstərir ki, bəzən məzunlar ailə üzvlərinə məxsus avtomobillərin sükanı arxasına keçərək həm özləri, həm də digərləri üçün təhlükə yaradır. Belə hallar yalnız qanun pozuntusu deyil, eyni zamanda həyat və sağlamlıq üçün ciddi riskdir.

Bu xüsusda valideynlərə və məzunlara bir daha xatırladırıq: Nəqliyyat vasitələrinin sürücülük hüququna malik şəxslər tərəfindən idarə olunması qanunvericiliyin tələbidir və bu qaydaya əməl edilməsi hər bir kəsin həm hüquqi, həm də mənəvi məsuliyyətidir.

Baş Dövlət Yol Polisi İdarəsi "Son zəng" tədbirləri ilə bağlı bir daha xəbərdarlıq edir:

- Sürücülük hüququ olmayan şəxsin nəqliyyat vasitəsi idarə etməsi inzibati məsuliyyət yaradır;

- Belə hallara şərait yaratmaq yolverilməz və məsuliyyətsiz davranışdır;

- Səs-küylü, təhlükəli, cəmiyyətə qarşı açıq hörmətsizlik ifadə edən hərəkətlərə qarşı nəzarət daha da gücləndiriləcək.

Bu əlamətdar gün münasibətilə bütün məzunlarımızı ürəkdən təbrik edir, onlara gələcək həyat yollarında uğurlar arzulayırıq.

Tövsiyələrə əməl edək ki, bir günün ehtiyatsızlığı bir ömür peşmanlığına çevrilməsin!".скачать dle 11.3
Mojo.az Banner