Mojo.az Banner
23:00 Korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqlara sahib olacaq? - AÇIQLAMA  |     22:52 Arbeloa cərimələndi  |     22:45 Bu mənzillərin kirayə qiymətləri artacaq - EKSPERTDƏN PROQNOZ  |     22:39 İstanbulda məktəblər bağlandı, motosikletlərə qadağa qoyuldu  |     22:32 Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye  |     22:27 Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər  |     22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Bosniya və Herseqovinada tutuldu

13.06.2025 16:40 1 185
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Bosniya və Herseqovinada tutuldu
İyunun 12-də İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən daha bir nəfərin nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.

Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Belə ki, bir sıra şəxslərlə qabaqcadan əlbir olub quldurluq edərək (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi) zərərçəkmiş şəxsə məxsus 120 000 manat məbləğində pul vəsaitini ələ keçirməkdə ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı Ramil Ramiz oğlu Məmmədovun yeri Bosniya və Herseqovinada müəyyən olunaraq həbs edilib.

Ədliyyə Nazirliyi tərəfindən müvafiq sorğu və tələb olunan sənədlər qarşı tərəfə təqdim olunub, habelə işçi danışıqlar aparılıb. Nəticədə həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Ramil Məmmədov nazirliyin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar Xidmətin məsul əməkdaşları tərəfindən Sarayevo şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən, Penitensiar Xidmətin müvafiq istintaq təcridxanasına yerləşdirilib.скачать dle 11.3
Mojo.az Banner