Mojo.az Banner
23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

İsrail səfərbərlik elan etdi

13.06.2025 16:36 1 047
İsrail səfərbərlik elan etdi
İsrail Müdafiə Qüvvələri (IDF-SAXAL) ehtiyatda olan hərbçilərin (rezervistlər) səfərbər olunduğunu elan edib.

Bu barədə İsrailin "Ynet" portalı məlumat verib.

"İsrail Müdafiə Qüvvələri 8 saylı əmrə uyğun olaraq minlərlə ehtiyatda olan hərbçini əsasən kritik birləşmələrə göndərir: Hərbi Hava Qüvvələri, arxa cəbhə komandanlığı, şimal və mərkəzi komandanlıqlar, hərbi kəşfiyyat və tank əleyhinə müdafiə komandanlığı", - deyə məlumatda bildirilib.

SAXAL, həmçinin Yəhudeya və Samariyada yerləşən bölmələrdə də hazırlığı artırır. Bundan əlavə, Fələstin şəhərlərinin ətrafında kordon qurulur və bölgədə qüvvələrin mövcudluğu gücləndirilir.

Xatırladaq ki, ötən gecə İsrail ordusu məqsədi İranın nüvə və raket proqramlarına zərər vurmaq olan "Am Kelavi" ("Aslan kimi millət") əməliyyatının başladığını elan edib. İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Tehran da daxil olmaqla, bütün ölkə ərazisindəki hədəflərə hücum edib.скачать dle 11.3
Mojo.az Banner