Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

CAR-da əlverişsiz hava səbəbindən 49 nəfər ölüb

12.06.2025 19:04 960
CAR-da əlverişsiz hava səbəbindən 49 nəfər ölüb
Cənubi Afrika Respublikasında (CAR) son iki gündə əlverişsiz hava şəraiti səbəbindən 49 nəfər ölüb.

Bu barədə ölkənin ən çox zərər çəkmiş Şərqi Keyp əyalətinin rəhbəri Lubabalo Oskar Mabuyane bildirib.

“İyunun 11-i günorta saatlarına olan məlumata görə, Şərqi Keyp əyalətində ölənlərin sayı 49 nəfər olub”, - o, mətbuat konfransında bildirib.

Lubabalo Oskar Mabuyanenin sözlərinə görə, ən çox qurbanlar OR Tambo bələdiyyə dairəsidir: “Onların arasında körpüdən çaya düşən məktəb avtobusundan 4 şagird də olub. Daha dörd şagirdin axtarışları davam edir; onlar itkin düşmüş hesab olunurlar”.

Mabuyane qeyd edib ki, ölümün əsas səbəbləri güclü yağışların yaratdığı torpaq sürüşmələri, eləcə də yollarda qar örtüyü olub. Ölkənin bir sıra magistral yolları qar uçqunu səbəbindən bağlanıb. Cənubi Afrika Respublikasının ən çox zərər çəkən əraziləri cənub və şərq bölgələridir.

Bundan əvvəl CAR-ın Şərqi Keyp əyalətində güclü daşqınlar nəticəsində 7 nəfərin öldüyü, 13 nəfərin itkin düşdüyü bildirilib.

Xatırladaq ki, Cənubi Afrika Respublikasına soyuq hava kütlələri iyunun 9-da daxil olub. Bəzi ərazilərdə gecə temperaturu sıfırdan aşağı düşüb. Sinoptiklər xəbərdarlıq edir ki, CAR-a gələn qış cari onilliyin ən sərt mövsümlərindən biri ola bilər.
//reportскачать dle 11.3
Mojo.az Banner