Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

İsrail ordusu Yəmənin üç limanından insanları təxliyə etməyə çağırıb

10.06.2025 18:15 1 161
İsrail ordusu Yəmənin üç limanından insanları təxliyə etməyə çağırıb
İsrail Müdafiə Qüvvələri üsyançı husilərin nəzarətində olan Yəmənin Ra-İsa, Hodeyda və Əs-Səlif limanlarında yaşayan insanları dərhal təxliyə etməyə çağırıb.

Müvafiq xəbərdarlığı qurumun sözçüsü Avixay Edri “X” səhifəsində ərəb dilində dərc edib.

“Husi rejiminin terror fəaliyyətlərini həyata keçirmək üçün dəniz limanlarından istifadə etdiyini nəzərə alaraq, biz bu limanlardakı hər kəsi öz təhlükəsizlikləri üçün oranı dərhal tərk etməyə və həmin ərazilərdən uzaq durmağa çağırırıq”, - deyə o qeyd edib.

2023-cü ildə Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra husilər İsrail ərazilərini atəşə tutacaqları və onlarla əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinin qarşısını alacaqları barədə xəbərdarlıq etmişdilər.

Hücumlar bu il yanvarın ortalarında Fələstin anklavında atəşkəs elan edildikdən sonra dayandırılıb, lakin martın əvvəlində atəşkəs pozulduqdan sonra üsyançılar Qırmızı dənizdə İsrail gəmilərinə hücumları bərpa etdiklərini və daha sonra Ben Qurion hava limanı da daxil olmaqla yəhudi dövlətinin daxilindəki hədəflərə hücum etməyə cəhd etməyə başladıqlarını açıqlayıblar.скачать dle 11.3
Mojo.az Banner