Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Suriya Əsəd rejiminin devrilməsindən sonra 16 milyard dollar investisiya cəlb edib

09.06.2025 19:29 1 146
Suriya Əsəd rejiminin devrilməsindən sonra 16 milyard dollar investisiya cəlb edib
Suriya keçmiş prezident Bəşər Əsədin devrilməsindən sonra altı ay ərzində təxminən 16 milyard dollar investisiya və beynəlxalq yardım cəlb edib.

Bu barədə “The National” nəşri məlumat yayıb.

Ən böyük investor Suriyada dörd qaz elektrik stansiyasının və 1 GVt gücündə günəş elektrik stansiyasının tikintisinə 7 milyard dollar xərcləyəcək Qətərin “UCC Holding” şirkəti olub. BMT-nin İnkişaf Proqramı infrastrukturun bərpası, sosial müdafiə sisteminin işə salınması və rəqəmsal startapların dəstəklənməsinə yönəlmiş 1,3 milyard dollar dəyərində üç illik plan hazırlayıb. Mart ayında Brüsseldə keçirilən konfransdan sonra avropalı donorlar ölkənin yenidən qurulmasına 6,5 milyard dollar ayıracaqlarına söz veriblər.

Mayda logistika operatoru “DP World” (BƏƏ) və Suriyanın yeni hökuməti Tartus limanında çoxfunksiyalı terminalın inkişafı, idarə edilməsi və istismarını nəzərdə tutan 800 milyon dollarlıq anlaşma memorandumu imzalayıblar.

Bundan bir qədər əvvəl Fransanın CMA CGM gəmiçilik şirkəti Latakiya limanını idarə etmək üçün 260 milyon dollar dəyərində 30 illik konsessiya müqaviləsi imzalayıb.

Dünya Bankı hesab edir ki, Suriyanın iqtisadiyyatını bərpa etmək üçün 400 milyard dollar lazımdır. Bununla yanaşı, respublikanın keçid hökumətinin iqtisadiyyat naziri Nidal aş-Şaar hesab edir ki, bərpa üçün lazım olan məbləğ 1 trilyon dollara yaxınlaşa bilər.

Son xəbərlər