Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Pentaqon böyük gəmiləri məhv etmək üçün güclü aviabomba sınaqdan keçirib

05.06.2025 21:40 1 107
Pentaqon böyük gəmiləri məhv etmək üçün güclü aviabomba sınaqdan keçirib
ABŞ-nin “B-2 Spirit” çətin müşahidə olunan bombardmançı təyyarəsi su səthində olan böyük düşmən gəmilərini məhv etmək üçün nəzərdə tutulmuş güclü “Quicksink” aviabombasını sınaqdan keçirib.

Bu barədə ABŞ Hərbi Hava Qüvvələrinə istinadən “Newsweek” nəşri məlumat yayıb.

“Hərəkətsiz və ya hərəkətdə olan gəmiləri vurmaq qabiliyyətimizi əhəmiyyətli dərəcədə yaxşılaşdıran yeni “Quicksink” silahını yaratdıq”, - ABŞ Hərbi Hava Qüvvələrinin qərargah rəisi general Devid Allvin bildirib.

“Çinin Sakit okeanda ABŞ-yə meydan oxuyaraq dəniz donanmasını sürətlə böyütməsi fonunda Birləşmiş Ştatların “gözəgörünməz” bombardmançı təyyarəsi bu yaxınlarda döyüş gəmilərini batırmaq üçün nəzərdə tutulmuş “inqilabi” silahı sınaqdan keçirib. “Quicksink” kimi tanınan yeni silah dəniz hədəflərini tez və effektiv şəkildə batırmağa qadirdir”, - ABŞ Hərbi Hava Qüvvələri Araşdırma Laboratoriyasının press-relizində deyilir.

Nəşr qeyd edir ki, hazırda Çin donanması 370 gəmi və sualtı qayıqla ABŞ Hərbi Dəniz Qüvvələrini üstələyir.

“Quicksink” - açıqlanmayan xüsusiyyətləri sayəsində böyük döyüş gəmilərini məhv etməyə zəmanət verən aşağı qiymətli, dəqiqliklə idarə olunan bomba yaradılması proqramıdır. ABŞ Hərbi Hava Qüvvələrinin Tədqiqat Laboratoriyasının məlumatına görə, bombanın sınağı aprelin sonunda Florida yaxınlığında Atlantik okeanında, həmçinin ötən il Sakit okeanda aparılıb.скачать dle 11.3
Mojo.az Banner