Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Çeçenlər Qarabağa görə müsəlmanları söyən erməni iş adamını saxladı - FOTO / VİDEO

04.06.2025 13:41 2 856
Çeçenlər Qarabağa görə müsəlmanları söyən erməni iş adamını saxladı - FOTO / VİDEO
Biznesmen Areq Şepixin qaçırılmayıb, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Çeçenistan Respublikasının milli siyasət naziri Əhməd Dudayev öz Teleqram kanalında məlumat yayıb.

***

Rusiyada Qarabağ müharibəsinə görə, müsəlmanlara nifrət etdiyini bildirən erməni iş adamı 39 yaşlı Areq Şepixin oğurlanıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə iyunun 3-də axşam saatlarında paytaxt Moskva şəhərinin Yaroslavski dəmir yolu vağzalında baş verib. Yayılan videoda saqqallı beş nəfərin orta yaşlı bir kişini aparıb sayrışan işıqları olan qara avtomobilin baqajına itələdiyi görünür.

Daha sonra bildirilib ki, Moskvanın Kiyevskoye Şosse ərazisində polis Şepixini Yaroslavski stansiyasından aparan AMR nömrəli avtomobili saxlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu avtomobildə tapmayıblar.

Qaçırılan Areq Şepixin anası yerli telegram kanallarına deyib ki, oğlu Qarabağdakı müharibəyə görə müsəlmanlara qarşı kəskin mənfi münasibət formalaşdırıb. Qadının sözlərinə görə, oğlu Qarabağda döyüşməyib, lakin o, hadisələri çox fəal izləyib və Ermənistanla Azərbaycan arasında münaqişənin nəticələrindən çox narahat olub.

Məlumata görə, erməni iş adamı sosial şəbəkələrdə həmçinin çeçen və dağıstanlılara qarşı da təhqirlər yazıb.

Digər bir məlumata əsasən, Areqin qaçırıldığı “Mersedes”i Ramzan Kadırovun yaxın çevrəsindən biri kimi adı hallanan Səidəhməd Eldarbiyevin, hətta onun köməkçisinin də avtomobili müşayiət edir.

KİV-in məlumatına görə, Eldarbiyev Kadırovun əmisi oğlu, Çeçenistan administrasiyası rəhbərinin birinci müavini Turpal-Əli İbrahimovun ən yaxın adamlarından biri hesab olunur. Lakin Eldarbiyevin bu adam oğurluğunda əli olub-olmadığı qeyd olunmur.






Son xəbərlər