Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

“Azercell”ə 1 manat yükləsəniz, nömrə cəmi 1 gün aktiv qalacaq – Qonşu ölkələrdə 60-185 gündür

02.06.2025 22:12 1 164
“Azercell”ə 1 manat yükləsəniz, nömrə cəmi 1 gün aktiv qalacaq – Qonşu ölkələrdə 60-185 gündür
"Azercell Telekom” MMC ("Azercell”) 1 iyul 2025-ci ildən etibarən fakturasız nömrələr (SimSim) üçün yeni şərtlər tətbiq edəcək.

Median.Az
xəbər verir ki, bu barədə məlumatı İqtisadiyyat.az saytı yayıb.

Bildirilir ki, iyul ayının 1-dən etibarən nömrənin balansına ödəmə kartı ilə 1 manat yükləndiyi zaman nömrənin aktiv qalma müddəti 1 gün olacaq. Elektron ödəniş üsulları ilə 1 - 1,99 manat yükləndiyi zaman da nömrənin aktiv qalma müddəti 1 gün olacaq.

Nömrənin aktiv qalma müddəti yüklənən məbləğə görə aşağıdakı kimi olacaq:

1-1,99 manat – 1 gün;
2-2,99 manat – 2 gün;
3-4,99 manat – 3 gün;
5-9,99 manat – 5 gün;
10-24,99 manat – 10 gün;
25-49,99 manat – 25 gün;
50-99,99 manat – 50 gün;
100 + manat – 50 gün.

Qeyd edək ki, hazırda qüvvədə olan tarifə görə, yüklənən məbləğlərə görə nömrənin aktiv qalma müddəti aşağıdakı kimidir:

1-1,99 manat – 5 gün;
2-2,99 manat – 10 gün;
3-4,99 manat – 20 gün;
5-9,99 manat – 30 gün;
10-19,99 manat – 60 gün;
20-24,99 manat – 90 gün;
25-49,99 manat – 90 gün;
50-99,99 manat – 120 gün.

Məlumat üçün bildirək ki, "Azercell” sonuncu dəfə oxşar qərarı cəmi bir il əvvəl qəbul edib. Hazırkı qaydalar 1 iyul 2024-cü ildən qüvvədədir. Daha əvvəl isə 1 manat yükləndiyi zaman nömrə 7 gün aktiv qalırdı.

Eyni zamanda onu da qeyd edək ki, bu ilin fevral ayından etibarən abunəçilər bir ay ərzində 2 manatdan az balans istifadə etdikləri halda həmin nömrəyə 2 manat məbləğində aylıq xidmət haqqı tətbiq edililir.

Məlumat üçün bildirək ki, "Azercell”in son zamanlar qəbul etdiyi bu qərarlar ölkə mətbuatında və sosial şəbəkələrdə müzakirələrə və bir çox hallarda insanların narazılığına səbəb olub.

Şirkət narazılıqlara cavab olaraq sosial mediada şərhlərə bu cavabı verib: Məlumat üçün bildirmək istərdik ki, 01 iyul 2025-ci il tarixindən etibarən fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş ödəniş (danışıq) kartlarının nominalına uyğun olaraq istifadə müddəti tətbiq ediləcək. Əlavə olaraq qeyd etmək istərdik ki, olduğunuz tarifin abunə haqqısı ödənildikdə, balansınıza etdiyiniz ödəniş nominalından asılı olmayaraq, nömrənin xətti tarifin istifadə müddəti bitənədək aktiv qalacaq.Misal olaraq, əgər nömrənizdə "Azercellim" (və ya "Bölgə", "Gəncsim" və s.) tarifidirsə və balansınıza 2 AZN ödəniş edərək, tarifi yeniləyirsinizsə, bu zaman tarifin istifadə müddəti bitənədək (30 gün) nömrənizin xətti aktiv qalacaq.

Müqayisə üçün bildirək ki, dünyanın əksər ölklərində, o cümlədən də qonşu ölkələrdə mobil operatorların analoji qərarları olsa da, həmin ölkələrdə nömrələrin aktiv qalma müddəti Azərbaycanla müqayisə olunmayacaq həddə çoxdur.

Məsələn, Türkiyənin məşhur "Vodafone” mobil operatorunun nömrələrinin aktiv qalma müddəti ən azı 180 gündür.

Azərbaycanda və qonşu ölkələrdə fakturasız nömrələrin minimum məbləğ yükləndiyi zaman aktiv qalma müddətini təqdim edirik:

"Azercell” (Azərbaycan) – iyulun 1-dən 1 gün;
"Vodafone” (Türkiyə) – 180 gün;
"Turkcell” (Türkiyə) – 185 gün;
"Magticom” (Gürcüstan) – 60 gün;
"Meqafon” (Rusiya) – 90 gün;
"Telecom Armenia” (Ermənistan) – 90 gün.

Son xəbərlər