Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

TDT-nin baş katibi Prezident İlham Əliyevi təbrik etdi

02.06.2025 13:44 597
TDT-nin baş katibi Prezident İlham Əliyevi təbrik etdi
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuralıyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Median.Az
President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

"28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Türk Dövlətləri Təşkilatı adından və şəxsən öz adımdan Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Müstəqilliyinin bərpasından keçən dövr ərzində siyasi, iqtisadi və sosial sahələrdə böyük irəliləyişlərə nail olmuş Azərbaycan Respublikası Zati-alinizin müdrik siyasəti sayəsində daha da inkişaf etmiş, regional və beynəlxalq məsələlərdə fəal iştirakı ilə seçilmiş, xüsusilə də sülhün, sabitliyin, əməkdaşlığın və rifahın təşviqində göstərdiyiniz səylərlə regionun lider ölkəsinə çevrilmişdir.

Türk Dövlətləri Təşkilatına daim göstərdiyiniz hərtərəfli dəstəyə və təşəbbüslərinizə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, bu il Azərbaycanda keçiriləcək Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşü əməkdaşlığımızı və türk dövlətləri arasındakı həmrəyliyi daha da möhkəmləndirəcəkdir.

Fürsətdən istifadə edərək, bu əlamətdar bayram münasibətilə Zati-alinizə davamlı uğurlar, bütün Azərbaycan xalqına rifah, firavanlıq və xoşbəxtlik arzulayıram".скачать dle 11.3
Mojo.az Banner