Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bütün "Wikipedia"nı bir saniyəyə yükləmək - Yaponlar internet sürətinə görə rekord vurdu

31.05.2025 21:24 663
Bütün
Yaponiyada tədqiqatçılar saniyədə 1,02 petabit (127 500 GB) həcmində məlumat ötürərək yeni internet sürəti üzrə dünya rekordu müəyyən ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Interesting Engineering" portalı məlumat yayıb.

Bu sürət 10 minə yaxın 4K formatlı filmi və ya bütün "Wikipedia" ensiklopediyasını cəmi bir saniyəyə yükləməyə imkan verir. Bu göstəriciyə innovativ 19 nüvəli optik lif xətti sayəsində nail olunub.

"Interesting Engineering" qeyd edir ki, bu texnologiya artıq bir neçə ildir sınaqdan keçirilir, lakin indiyə qədər belə yüksək sürətlər yalnız 63 kilometr məsafədə mümkün olmuşdu. Yeni texnologiyada adi ölçülərə malik optik liflərdən istifadə olunub, lakin onların daxilində yalnız bir deyil, tam 19 kanal yerləşdirilib.

Bu nəticə laboratoriya şəraitində əldə olunsa da, tədqiqatçılar hesab edirlər ki, bu texnologiya gələcəyin yüksək sürətli internet infrastrukturlarının inkişafına təkan verəcək. Belə ki, süni intellekt, 6G və virtual reallıq texnologiyalarının yayılması səbəbindən məlumat ötürmə həcmi kəskin artacaq.скачать dle 11.3
Mojo.az Banner