Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Telegram" və "xAI" birləşir: Durov və Mask açıqlama verdilər

29.05.2025 17:15 732
"Telegram" mesencerinin təsisçisi Pavel Durov, İlon Maskın sahibi olduğu "xAI" startapı ilə tərəfdaşlıq barədə prinsipial razılaşmanın əldə olunduğunu, lakin hələlik rəsmi müqavilənin imzalanmadığını bildirib.

Bu barədə o özünün "X" sosial şəbəkə hesabında Maskın paylaşımına cavab olaraq bildirib.

"Bəli, prinsipial razılıq var, amma formal prosedurlar hələ yekunlaşmayıb", - deyə o vurğulayıb.

Qeyd edək ki, bir gün əvvəl Durov "Telegram" mesenceri və İlon Maska məxsus "xAI" startapının bir illik tərəfdaşlıq barədə razılığa gəldiklərini elan edib. Onun sözlərinə görə, tərəfdaşlıq çərçivəsində "xAI"nin süni intellekt əsaslı "Grok" adlı çat-botu bir il ərzində "Telegram" istifadəçiləri üçün əlçatan olacaq. Razılaşma baş tutarsa, "Telegram" "xAI"dən 300 milyon dollar dəyərində vəsait - həm nağd pul, həm də səhmlər şəklində alacaq. Bundan əlavə, "Telegram", "xAI"nin "Telegram" üzərindən əldə etdiyi abunə gəlirlərinin 50 faizini əldə edəcək.

İlon Mask isə öz "X" hesabında çıxış edərək bildirib ki, heç bir rəsmi razılaşma imzalanmayıb.

Son xəbərlər