Mojo.az — elanlar
Son Xəbərlər
21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |     20:54 4 rayonda qanunsuz ağac kəsimi aşkarlandı - Təbiətə 40 min manatlıq ziyan  |     20:49 Naxçıvanda bütün sosial müavinətlər ödənildi  |     20:40 Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi  |     20:35 İordaniyada kilsədə atışma olub - Ölənlər var  |     20:28 Moskvada uçuşlar dayandırıldı - Hava limanları boşaldılır  |     20:22 Göyçayda evlərdən 24 min manat oğurlandı  |     20:14 Azərbaycanda müəllim vəfat etdi  |     20:09 Bu ölkə rus diplomatları "arzuolunmaz" şəxs elan etdi  |     20:01 Amerikalı aktyor vəfat etdi  |     19:55 Ağsuda kafedə pivə almamaq üstündə yeniyetməni öldürmək istədilər - TƏFƏRRÜAT  |     19:50 Gəncədə qəza - 4 nəfər xəsarət aldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Gəncədəki şəhid lövhələri niyə sökülür? - AÇIQLAMA (VİDEO)

28.05.2025 11:51 1 230
Gəncədəki şəhid lövhələri niyə sökülür? - AÇIQLAMA (VİDEO)
Gəncədə bir neçə gündür şəhərin müxtəlif ərazilərində quraşdırılmış şəhid xatirə lövhələrinin sökülməsinə başlanılıb.

Əsasən yolkənarı, səki və avtobus dayanacaqlarında şəhid ailələrinin təşəbbüsü ilə yerləşdirilən bu lövhələr sökülərək Mənzil-Kommunal Təsərrüfat Birliyinin anbarına toplanır.

İctimai müzakirələrə səbəb olan məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, şəhərin müxtəlif ərazilərində olan şəhid lövhələri onların ailələrinin və yaxınlarının öz təşəbbüsü ilə quraşdırılıb:

"Lakin üstündən müddət ötdükcə həmin şəkillər yağıntıların və digər təbiət hadisələrinin təsirinə məruz qalaraq tamamilə yararsız hala düşüb, orijinal görkəmini itirib. Qeyd edilənlər nəzərə alınaraq şəhərin müxtəlif ərazilərində olan lövhələrin şəhid ailələrinin razılığı ilə yığışdırılması qərara alınıb".

Xatırladaq ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində bir neçə ünvanda, o cümlədən İstiqlal parkında şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Memorial Abidə Kompleksi inşa edilib, lövhələr quraşdırılıb.

Ətraflı Baku TV-nin süjetində:

Son xəbərlər