Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənistanın Azərbaycan torpaqlarında talançılıq etməsi faktı məhkəmədə təsdiqlənib

26.05.2025 15:03 606
Ermənistanın Azərbaycan torpaqlarında talançılıq etməsi faktı məhkəmədə təsdiqlənib
Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələrinin Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın suveren ərazilərini işğal etdikdən sonra yaşayış məntəqələrində talançılıq aparılması təsdiqlənib.

Təqsirləndirilən şəxs Melikset Paşayan Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Təranə Məmmədovanın suallarını cavablandırarkən "Əsgəran rayonu"nun 31-ci taborunun tərkibində xidmət etdiyini bildirib. O, taborun tərkibində 1993-1994-cü illərdə Ağdam rayonunun Suma, Sarıcalı, Güllücə kəndləri istiqamətində postlarda dayandığını deyib.

"Bu, atıcı taboru idi. Taborda qumbaratanlar, minaatanlar, pulemyotlar, avtomatlar, qumbaralar var idi", - deyə Melikset Paşayan suallara cavabında söyləyib.

O, Azərbaycanın torpaqları işğal olunandan sonra orada talançılıqla məşğul olub-olmaması ilə bağlı suala isə belə cavab verib: "Mən talanlarda iştirak etməmişəm. Postda növbə bitib qurtarana qədər talan etməyə heç nə qalmırdı".

Təqsirləndirilən şəxs iddia edib ki, talanda iştirak edənlər mülki ermənilər olublar. M.Paşayan deyib ki, hərbçilər talana gedən mülki şəxslərə əraziyə girməməklə bağlı xəbərdarlıq edirdilər: "Deyirdilər ki, ora getməyin, sizə güllə, mərmi dəyər".

O, hərbçilərin mülki şəxsləri bu talandan çəkindirməsinin səbəbinin onları fiziki baxımdan qorumaq olduğunu da əlavə edib.

M.Paşayan Birinci Qarabağ müharibəsində iştiraka görə qondarma rejimin "İgidliyə görə" "medal"ı ilə təltif olunduğunu da bildirib və deyib: "Dəqiq xatırlamıram, ya Bako Saakyanın, ya da Arayik Arutyunyanın dövründə idi".

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Son xəbərlər