Mojo.az Banner
23:01 Lənkəranda açıq sahədə yanğın başlayıb  |     22:29 Avtomobildə telefonu simsiz şarj edərkən buna diqqət edin – XƏBƏRDARLIQ  |     22:20 “ChatGPT”-də limitlər aradan qalxır: Pulsuz istifadəçilər nə əldə edəcək?  |     21:57 Türkiyədə azərbaycanlı iş adamının cəsədi tapıldı - "Bəniz"in keçmiş əridir  |     21:48 Sağlam qalmaq üçün gündə neçə dəqiqə gəzmək lazımdır?  |     21:35 “Dərnəgül” elektrik deposu ilk qatarını qəbul etdi  |     21:26 Etna minlərlə turistin səfərini pozdu  |     21:19 “Dərnəgül” elektrik deposu ilk qatarını qəbul etdi  |     21:01 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     20:53 Dənizdə batma təhlükəsində olan şəxs xilas edildi  |     20:50 "Toyota" ABŞ-də yarım milyondan çox avtomobili geri çağırır  |     20:48 Bakıda yeniyetmələr elektron qəlyana görə bir-birinin qanını tökdülər  |     20:44 Çində keçmiş məmur edam cəzasına məhkum edildi  |     19:41 Pakistan müdafiə naziri: ABŞ və İran razılaşmaya yaxınlaşır  |     19:36 Yasamalda soyğunçuluq edən şəxs tutuldu  |     19:33 Luis Suaresin möhtəşəm dönüşü gözlənilir  |     19:27 Gəncədə restorandakı qətllə bağlı 7 nəfər HƏBS OLUNDU  |     19:02 Təhsil sənədləri artıq myGov-da – Məzunlarına şad xəbər  |     18:53 Şəhərlərarası marşrutlar üzrə müsabiqənin növbəti qalibləri açıqlandı  |     18:50 Meşəlik ərazidə 16 yaşlı qızın və 29 yaşlı kişinin meyiti aşkarlandı - Lənkəranda müəmmalı hadisə  |    
Left Banner
Right Banner

İlham Əliyev İsmayıllı şəhərində "Talıstan" liseyinin binasının açılışında iştirak edib - FOTO (Yenilənib)

26.05.2025 13:38 951
İlham Əliyev İsmayıllı şəhərində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə İsmayıllı şəhərində inşa olunan internat tipli "Talıstan" liseyinin binasının açılışında iştirak edib.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov dövlətimizin başçısına təhsil ocağında yaradılmış şərait barədə məlumat verib.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində ölkəmizin bir çox regionlarında beynəlxalq tələblərə cavab verən yeni məktəb binalarının inşasına, onların müasir avadanlıqla təchiz olunmasına xüsusi diqqət yetirilir, bir sıra köhnə məktəb binalarının əsaslı təmiri istiqamətində mühüm işlər görülür. 1296 şagird yerlik lisey də "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində inşa olunub. Dörd mərtəbədən və 5 korpusdan ibarət binada 56 sinif otağı, kimya, fizika və biologiya laboratoriyaları, informatika, texnologiya, gənclərin çağırışaqədərki hazırlıq kabinetləri, kitabxana, 300 yerlik akt zalı, idman zalı və yeməkxana yaradılıb.

Bu layihənin icrası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində təhsil sahəsinə ayrılan diqqətin göstəricisidir. Ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Fond Azərbaycanın sosial-iqtisadi inkişafının ən mühüm və zəruri sahələrindən biri kimi müəyyənləşdirilmiş təhsilin inkişafına daim xüsusi diqqət və qayğı ilə yanaşıb, bu istiqamətdə bir neçə vacib layihə həyata keçirib. Müasir məktəblərin qurulması həm də Azərbaycan dövlətinin prioritetləri sırasında başlıca yer tutur. Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha savadlı və bilikli yetişməsində olduqca mühüm rol oynayır.

"Talıstan" liseyində yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısına son illərdə rayonda həyata keçirilən sosial-iqtisadi layihələr, o cümlədən 2020-2025-ci illərdə istifadəyə verilən istehsal müəssisələri və istirahət mərkəzləri barədə məlumat verildi. Həmin dövrdə rayonda fəaliyyətə başlamış bu obyektlərdə 400-ə yaxın iş yeri açılıb.

Prezident İlham Əliyevə rayonun Tircan kəndində su istehsalı müəssisəsinin inşası ilə bağlı məlumat verilib. İllik istehsal gücü 25 milyon litr olan müəssisədə 80 nəfər işlə təmin ediləcək.

Qeyd edək ki, ölkəmizin turizm mərkəzlərindən biri olan İsmayıllı rayonu son illərdə sürətlə inkişaf edib. İndiyədək dövlətimizin başçısı bu rayonda 10 dəfə olub. Azərbaycan Prezidentinin İsmayıllıya hər səfəri rayonun ictimai-siyasi həyatında mühüm hadisəyə çevrilməklə, yeni sosial-iqtisadi inkişaf mərhələsinin təməlini qoyub. Bütün bunlar rayonda aparılan tikinti-quruculuq işlərinin, məhsul buraxılışının, sənaye və kənd təsərrüfatı məhsulunun həcmində, yeni iş yerlərinin açılmasında özünü aydın göstərir.

* * * * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə İsmayıllı şəhərində inşa olunan internat tipli "Talıstan" liseyinin binasının açılışında iştirak edib.

Median.Az
xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb.












скачать dle 11.3
Mojo.az Banner