Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

İnterpolun axtardığı azərbaycanlı Monteneqroda SAXLANILDI: Ekstradisiyası gözlənilir

24.05.2025 14:36 1 269
İnterpolun axtardığı azərbaycanlı Monteneqroda SAXLANILDI: Ekstradisiyası gözlənilir
Monteneqronun sərhəd polisi Podqoritsa Beynəlxalq Hava Limanında Rusiyanın sorğusu əsasında İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşını saxlayıb.

Bu barədə ölkənin Polis Departamentinə istinadən RTCG dövlət televiziyası məlumat yayıb.

Məlumatda qeyd olunur ki, 35 yaşlı Azərbaycan vətəndaşı barəsində İnterpolun Moskva üzrə Milli Mərkəzi Bürosu Stavropol diyarının Pyatiqorsk şəhər məhkəməsində ona qarşı aparılan cinayət işində iştirakını təmin etmək üçün beynəlxalq order verib.

Külli miqdarda dələduzluq əməli törətməkdə şübhəli bilinən şəxsi 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Monteneqro tərəfinin bildirdiyinə görə, saxlanılan şəxsin ekstradisiya haqqında qərarı Podqoritsa Ali Məhkəməsi verəcək.скачать dle 11.3

Son xəbərlər