Prezident: "Azərbaycanın doqquzuncu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək"
Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının qeyri-rəsmi iclasında çıxışında bildirib.
Dövlətimizin başçısı vurğulayıb ki, 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin 1.5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir.
