Mojo.az — elanlar
Son Xəbərlər
14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

"Uşaqların ölümündən sən günahkarsan" - Bill Qeytsdən Maska

15.05.2025 20:41 840
Texnologiya dünyasının iki nəhəngi- Bill Qeyts və İlon Mask bu dəfə elmi innovasiyalarla deyil, başqa səbəblərdən qarşı-qarşıya gəliblər.

Median.Az xəbər verir ki, "Microsoft"un qurucusu və tanınmış xeyriyyəçi Bill Qeyts verdiyi müsahibədə Maskı dünyanın ən kasıb bölgələrində uşaqların yaşamaq hüququnu əlindən almaqda ittiham edib.

Qeytsin sözlərinə görə, Maskın təşəbbüsü ilə yaradılan və "Hökumətin Səmərəliliyini Artırmaq" məqsədi daşıyan DOGE (Department of Government Efficiency) strukturu bu ilin fevralında ABŞ Beynəlxalq İnkişaf Agentliyini bağlayıb. Bu qərar Mozambik və Qəzzə kimi bölgələrdə HİV-lə mübarizə aparan səhiyyə mərkəzlərinin maliyyə dəstəyindən məhrum edilməsinə səbəb olub.
"Dünyanın ən varlı adamının, dünyanın ən kasıb uşaqlarını öldürməsi gözəl mənzərə deyil," - deyə Qeyts bildirib.

Qeytsin dediyinə görə, USAID-in bağlanması nəticəsində anbarlarda saxlanılan həyat qurtaran dərmanlar və qidalar istifadəsiz qalıb, qızılca, HİV və poliomielit kimi xəstəliklər isə yenidən yayılmağa başlayıb. Xüsusilə HİV-ə yoluxmuş anaların körpələrinə virus ötürməsinin qarşısını alan müalicə proqramlarının dayanması vəziyyəti daha da ağırlaşdırıb.

"Mən istərdim ki, Mask bu uşaqlarla görüşsün - çünki pulu o kəsdi," - deyə Qeyts əlavə edib.

Digər tərəfdən, Bill Qeyts sərvətinin 99 faizini Gates Fonduna bağışlamağa söz verib. Onun təxminən 107 milyard dollarlıq sərvətindən növbəti 20 il ərzində 200 milyard dollardan çox vəsaitin xeyriyyə işlərinə sərf olunacağı gözlənilir.

Son xəbərlər