Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Zaxarova: "Rusiya Azərbaycanla münasibətlərin bütün potensialının açılmasına köklənib"

15.05.2025 16:01 705
Zaxarova:
"Rusiya Azərbaycanla münasibətlərin bütün potensialının açılmasına köklənib".

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Prezident İlham Əliyevin 9 May Qələbə Paradında iştirak etməməsi ilə bağlı qərarını şərh edərkən bildirib.

"Bilirsiniz, Bakı ilə münasibətlərimizi 2022-ci ilin fevralında ali səviyyədə imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə əsasında qururuq. Biz bu sənədin - ikitərəfli əlaqələr üçün açar rolunu oynayan bu sənədin - tam potensialının mərhələli şəkildə reallaşdırılmasına, bütün məsələlərin qarşılıqlı fayda və hörmət prinsipləri əsasında həllinə çalışırıq", - deyə Zaxarova vurğulayıb.

Diplomat əlavə edib ki, Moskva və Bakı hökumətlər, eləcə də xarici siyasət qurumları xətti ilə yüksəksəviyyəli təmaslar silsiləsini həyata keçirir.

Bilirsiniz, təəccüblüdür ki, siz, sanki Azərbaycanın nümayəndə heyətinin Moskvaya gələrək bu bayramı bizimlə bölüşməsini, tədbirdə parlaq şəkildə iştirak etməsini və həmçinin keçmiş SSRİ-nin müxtəlif respublikalarında, o cümlədən etnik azərbaycanlı kimi Qızıl Ordunun sıralarında xidmət etmiş veteranların xatirəsini yad etməsini görmürsünüz. Niyə buna diqqət yetirmirsiniz?" - deyə Zaxarova qeyd edib.

O əlavə edib ki, Moskva tərəfi Rusiya və Azərbaycan xalqlarının tarixə ehtiram, keçmişin unudulmaması və ataların qəhrəmanlığının dəyərini bilməsi məsələsində birliyindən məmnunluq hissi keçirir.

"Liderlərin qrafikinə gəlincə - bu barədə artıq Rusiya Prezidentinin Administrasiyasında açıqlama verilib. Üstəlik, müxtəlif hallar olur. Lakin açıq şəkildə görünəni görməmək düzgün deyil, ədalətsizlikdir və açıq desək, təhlükəlidir", - deyə Rusiya XİN sözçüsü əlavə edib.

Xatırladaq ki, mayın 7-də Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Azərbaycan Prezidenti İlham Əliyevin 9 May Qələbə Günü münasibətilə Moskvada keçiriləcək təntənəli tədbirlərdə iştirak etməyəcəyini açıqlayıb. Bildirilib ki, dövlət başçısı həmin gün ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı ölkə daxilində keçiriləcək tədbirlərdə iştirak edəcək.

Son xəbərlər