Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Musiqi müəllimlərinin NƏZƏRİNƏ - Növbəti mərhələ başlayır

08.05.2025 13:02 1 155
Musiqi müəllimlərinin NƏZƏRİNƏ - Növbəti mərhələ başlayır
Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyasının növbəti mərhələsinə başlanılır.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində çalışan təhsilverənlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə əmək qanunvericiliyinin tələbləri əsas götürülməklə müəllimlərin attestasiyası keçirilir.

Attestasiyanın ilk mərhələsi Bakı və Abşeron-Xızı regionları üzrə 47 musiqi və incəsənət məktəbinin 1759 nəfər fortepiano və musiqi nəzəriyyəsi müəllimini əhatə edib.

12 may tarixində başlayacaq növbəti mərhələdə Quba-Xaçmaz, Mil-Muğan və Şirvan-Salyan regionları üzrə 20 musiqi və incəsənət məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlərinin, habelə əvvəlki mərhələdə üzrlü səbəbdən iştirak edə bilməyən təhsilverənlərin, ümumilikdə 620 işçinin attestasiyası keçiriləcək.

Qeyd olunan ixtisaslar üzrə komissiyalar formalaşdırılıb və attestasiyanın təşkili ilə bağlı texniki komanda tam şəkildə təlimatlandırılıb.

Qeyd edək ki, attestasiya proqramları ilə Mədəniyyət Nazirliyinin rəsmi saytının elanlar bölməsində tanış ola bilərsiniz.скачать dle 11.3
Mojo.az Banner