Mojo.az Banner
Son Xəbərlər
14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |     13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |     13:55 Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto  |     13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |     13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |     12:36 Uşaq meydançasında təhlükəli çökmə - Video  |     12:31 Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama  |     12:26 Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar başlayıb  |     12:24 Onlayn alış-veriş edənlər üçün yeni qayda  |     12:21 Kolumbiyada qızıl mədəni çökdü, 14 nəfər öldü  |     11:52 Dərman vasitələrinin qiymətinin artmasının səbəbi bu imiş – AÇIQLAMA  |     11:42 Məşhur meyxanaçı vəfat etdi - Foto  |     11:34 Bakının əsas prospektlərindən birində yeni radar quraşdırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Belarus Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb

06.05.2025 20:41 889
Belarus Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
Belarus Respublikasının Baş naziri Aleksandr Turçinin Azərbaycana rəsmi səfəri başa çatıb.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarusun Baş nazirini Fizuli hava limanından yola salıb.

Qeyd edək ki, mayın 6-da Azərbaycan və Belarus hökumətlərinin başçıları Füzuli və Ağdam rayonlarında olublar. Belə ki, bu gün Baş nazir Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Aleksandr Turçini Füzuli Beynəlxalq Aeroportunda qarşılayıb.

Sonra Ə.Əsədov və A.Turçin iki ölkənin nümayəndə heyətlərinin müşayiəti ilə Ağdam rayonundakı Ağdam Sənaye Parkına gəliblər. Hökumət başçıları sənaye parkının ərazisinə baxış keçirib, bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olublar.

Füzuli və Ağdam rayonlarına səfər çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədov və Belarusun Baş naziri Aleksandr Turçin Ağdamın Sarıcalı kəndində yenidənqurma işləri ilə tanış olublar.
Baş nazirlərə məlumat verildi ki, Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub.

Sarıcalı kəndi 1873 nəfər (425 ailə) əhali üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 123 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub.

Baş nazirlər, həmçinin Ağdam rayonunun Qızıl Kəngərli kəndinə səfər ediblər. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov hökumət başçılarına bu kənddə yaradılacaq aqrar şəhərcik haqqında məlumat veriblər.

Son xəbərlər