Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Prezident İlham Əliyev Belarusun baş nazirini qəbul edib - FOTO

06.05.2025 13:04 1 351
Prezident İlham Əliyev Belarusun baş nazirini qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Belarus Respublikasının Baş naziri Aleksandr Turçini qəbul edib.

Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanla Belarus arasında əlaqələrin möhkəm dostluğa və qarşılıqlı etimada əsaslandığını qeyd edərək, Aleksandr Turçinin Baş nazir vəzifəsinə təyin olunmasından sonra ilk səfərlərindən birini Azərbaycana etməsinin məhz ölkələrimiz arasında olan sıx tərəfdaşlıq münasibətlərinin mahiyyətindən xəbər verdiyini deyib.

Prezident İlham Əliyev Azərbaycanla Belarus arasında mövcud siyasi əlaqələrin ruhuna uyğun olaraq iqtisadi-ticari münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Aleksandr Turçin, ilk növbədə, Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Aleksandr Lukaşenkoya çatdırmağı xahiş edib.

İlk dəfə Bakıya səfər etdiyini deyən Belarusun baş naziri paytaxtımızda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını bildirib.

Görüşdə Azərbaycanla Belarus arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Bu xüsusda, Gəncə avtomobil zavodunda Belarus avtomobil texnikasının istehsalı və bu texnika üçün Azərbaycanın müxtəlif bölgələrində servis mərkəzlərinin yaradılmasının əhəmiyyəti vurğulanıb. Azərbaycanda lift, məişət texnikası, kənd təsərrüfatı, xüsusilə heyvandarlıq, südçülük, ətçilik və quşçuluq üzrə birgə istehsal sahələrinin təşkili və təcrübə mübadiləsinin həyata keçirilməsinə dair müzakirələr aparılıb. Hökumətlərarası komissiyaya qeyd olunan istiqamətlər üzrə müvafiq tapşırıqlar verilib.

Söhbət zamanı dost ölkə Belarusun şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq işlərində iştirakı məmnunluqla qeyd edilib. Belarusun baş naziri ölkəmizə səfəri çərçivəsində azad edilmiş ərazilərə gedəcəyini və vəziyyətlə yerində tanış olacağını bildirib.

Görüşdə ölkələrimiz arasında şəhərsalma sahəsində təcrübə mübadiləsinin aparılmasının vacibliyinə toxunulub.

Dövlətimizin başçısı 2026-cı ildə Azərbaycanın Dünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyini deyərək, Belarusu da bu tədbirdə yaxından iştiraka dəvət edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.

* * * * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Belarus Respublikasının Baş naziri Aleksandr Turçini qəbul edib.

Median.Az
xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb.





скачать dle 11.3
Mojo.az Banner