Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiyanın Kursk vilayətində Şimali Koreyanın itkiləri açıqlanıb

30.04.2025 12:32 1 149
Rusiyanın Kursk vilayətində Şimali Koreyanın itkiləri açıqlanıb
Kursk vilayəti ərazisində döyüşlər zamanı təxminən 600 şimali koreyalı əsgər həlak olub.

Bu barədə "Reuters" Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinə istinadla xəbər verir.

Materialdan bəlli olur ki, KXDR Ukrayna ilə münaqişəsi zonasına ümumilikdə 15 min hərbçi göndərib. Bu zaman şimali koreyalı döyüşçülər arasında ümumi itkilər - yaralılar və həlak olanlar da daxil olmaqla təxminən 4.7 min nəfər təşkil edib.

Eyni zamanda, Cənubi Koreya parlamentinin kəşfiyyat komitəsinin üzvü Li Son Kvon jurnalistlərə bildirib ki, KXDR-dən olan əsgərlərin döyüş qabiliyyəti Ukraynada döyüşlərdə iştirak etdikləri müddətdə əhəmiyyətli dərəcədə yaxşılaşıb.

"Şimali Koreya hərbçiləri daha az səriştəsiz olublar, çünki onlar pilotsuz uçuş aparatları kimi yeni silahlardan istifadəyə alışırlar", - deyə qanunverici izah edib.

Xatırladaq ki, aprelin 26-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ölkə prezidenti Vladimir Putinə Kursk vilayətinin tam azad edilməsi barədə məruzə edib. Həmin vaxt Rusiya hökuməti region ərazisində döyüşlərdə KXDR hərbçilərinin də iştirak etdiyini təsdiqləyib. Putinin sözlərinə görə, şimali koreyalı əsgərlərin Kursk vilayətinə göndərilməsi beynəlxalq hüquqa tam uyğun olub. O, izah edib ki, Moskva və Pxenyan 2024-cü ilin iyununda imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi çərçivəsində hərəkət ediblər.скачать dle 11.3
Mojo.az Banner