Mojo.az Banner
SON DƏQİQƏ
12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |     12:05 Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlanıb  |     11:59 Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video  |     11:53 Bakıda iki avtomobil toqquşdu: Piyada öldü  |     11:37 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi  |     11:30 Toy və banket zamanı gözlənilməz xərcdən necə yayınaq? - Video  |     11:29 "Flydubai"nin kapitanı əlində balta olan ikinci pilotdan necə müdafiə olunduğunu danışıb  |     11:23 Azərbaycanda çıxarışsız evlərin aqibəti necə olacaq? – AÇIQLAMA  |     11:16 Novruz bayramı günü bibisinin oğlunu öldürdü  |     23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |    
Mojo.az Avto
Mojo.az Avto

Qubada qəzalı vəziyyətdə olan körpünün bərpasına başlanılıb

28.04.2025 14:57 1 704
Qubada qəzalı vəziyyətdə olan körpünün bərpasına başlanılıb
Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mütəxəssisləri Qubada qəzalı vəziyyətə düşən körpünün bərpasına başlayıblar.

Bu barədə "Report"a agentliyin mətbuat katibi Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, sel nəticəsində körpünün orta dayağı yuyulmuş və nəticədə körpü qəzalı vəziyyətə düşmüşdü: "Hazırda həmin dayağın bərpası işləri icra olunur. Bunun üçün əraziyə xüsusi texnikalar cəlb olunub. Qeyd edim ki, hadisə baş verəndə dərhal əraziyə agentliyimizin əməkdaşları cəlb olunaraq əlavə təhlükəsizlik tədbirləri görülüb və körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb".

A.Nəcəfli əlavə edib ki, hazırda sürücülər müvəqqəti olaraq alternativ yol kimi Quba-Pirvahid-İkinci Nügədi avtomobil yolundan istifadə edirlər.

Xatırladaq ki, aprelin 23-də intensiv yağıntılar nəticəsində güclü sel suları Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində Qaraçay çayı üzərində mövcud olan 101 metr uzunluğunda olan 4 aşırımlı körpünün dayaqlarını yuyub, nəticədə körpü qəzalı vəziyyətə düşüb. Nəticədə Qubanın 30-dan çox kəndinə gediş-gəliş çətinləşib.скачать dle 11.3

Son xəbərlər