Mojo.az Banner
12:15 Tramp: "İran razılaşma əldə etməyə çalışır"  |     12:10 Xəzərdə zəlzələ olub  |     12:08 Bayramda bölgələrə qatarla getmək istəyənlərə ŞAD XƏBƏR  |     12:04 Hərbi xidmətdən boyun qaçıranlara qarşı QAYDALAR SƏRTLƏŞDİRİLİR  |     11:57 Türkiyədə zəlzələ oldu  |     11:54 Bu gecə ehtimal edilən növbəti Qədr gecəsidir  |     11:36 Bakıda moped divara çırpıldı: Ölən var  |     11:29 Üç övladı olan valideynləri SEVİNDİRƏCƏK XƏBƏR  |     11:22 SEPAH-ın Lorestandakı qərargahı vuruldu  |     11:16 Göyçayda 16 yaşlı qız dəm qazından zəhərlənib  |     22:48 Cabbar Musayev qərar imzaladı  |     22:41 Bayram öncəsi bazarlarda son qiymətlər - VİDEO  |     22:36 Hüccətülislam Tayebi Kanadaya qaçdı - GÖRÜNTÜ  |     22:28 Milyonluq tenderlər udan şirkət işçiləri müqaviləsiz işlədirmiş - 20 min cərimə  |     22:20 “Müctəba Xameneinin heç bir problemi yoxdur”  |     22:09 İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı  |     22:03 Bu BÜRCLƏR xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır  |     21:40 Yarış atını kəsilib qovurma bişirdilər - İş adamı 132 min cərimə edildi  |     21:32 "Qarabağ" "Zirə"ni məğlub etdi  |     21:29 Bakıda məşhur mədəniyyət evi restoran kimi fəaliyyət göstərir? (VİDEO)  |    
Left Banner
Right Banner

Havalar da isinir, qiymətlər də - Səbəblər nədir?

26.04.2025 20:54 861
Havalar da isinir, qiymətlər də - Səbəblər nədir?
Son günlər bazarlarda kartofun və soğanın qiymətində nəzərəçarpacaq artım var. Hər kəs gündəlik süfrəsində olan bu iki əsas məhsulun qiymətindəki dəyişiklikdən narahatdır. Üstəlik, qiymətlərdəki artım xeyli müddətdir müşahidə edilir. Havalar artıq isinsə də, soğanın və kartofun bazardakı qiymətləri yenə də iki manat ətrafındadır. Bəs bunun səbəbləri nələrdir? Bunun nə zamana qədər davam edəcəyi insanları düşündürən suallardandır.

Fermer Eldar Hüseynovun sözlərinə görə, kartofun və soğanın qiymətində artım tək bizim ölkəmizdə deyil, bütün dünyada mövcuddur: "Kartof və soğanın qiymətində yüksəlmə olacağı öncədən bəlli idi. Çünki dünya səviyyəsində kartof və soğanla bağlı problemlər müşahidə edilir. Belarus kartof çıxan kimi sərhədlərini bağlı elan etdi və heç bir ölkəyə idxal olmadı. Rusiyada isə bu il kartof az oldu. Bu da qiymətlərə təsir göstərir. Digər ölkələr boşluğu doldurmaq üçün məcburən Rusiyaya axın etdilər. Bütün ölkələrə Rusiyadan kartof tədarük edildi. Bütün ölkələr Rusiyadan ixraca üstünlük verdiyindən İran da qiymətləri süni şəkildə qaldırdı. Bu, bizim bazarımıza da təsirsiz ötüşmədi. Soğanda da səbəblər təxminən eynidir. Rusiyadakı məsələlərə görə qiymətləri yüksəlib”.

E.Hüseynov bildirdi ki, səbəblərdən biri də zərərvericilərdir: "Fermerlər bu il xəstəliklərlə güclü mübarizə apara bilmədilər. Çin dərman vasitələrinin qiymətini 40 faiz qaldırdı. Alınan dərmanlar isə zərərvericilərə qarşı yetərli mübarizə üçün kifayət deyil”.

Fermer qiymətlərə də aydınlıq gətirdi: "Bakıda hazırda Pakistandan gətirilmiş yuyulmuş kartofun kiloqramı 1 manat 40 qəpik, yuyulmamışı 1 manat 30 qəpiyə satılır. Türkiyə və Gürcüstan kartofu 1 manat 20 qəpik-1 manat 30 qəpik arasında dəyişir. Rayonlarda kartof və soğanın qiyməti Bakıdan da bahadır”.

E.Hüseynovun fikrincə, ölkəmizdə bu məhsullar qonşu dövlətlərə baxanda çox az əkilir: "Biz özümüzü kartof və soğanla tam şəkildə təmin edə bilmirik. Bu göstərici maksimum 20-25 faizdir. Kartof və soğan əkini ilə bağlı bazarımız kiçikdir. Ölkəmizdən yetərli qədər ixrac olmadığından daha çox əkilmir. Bu səbəbdən də məcburuq idxal edək. Əsasən İrandan, Pakistandan, Türkiyədən alırıq. Ən böyük idxalçılarımız Rusiya və İrandır. İrandan noyabr-dekabr aylarında hər gün ölkəmizə 10-15 maşın kartof daxil olur. Bu da 100 tondan çox məhsul deməkdir. Kartof və soğan əkini ilə bağlı məsələ bu cür davam edərsə, ixracdan asılılıq davam edəcək”.

Fermerin sözlərinə görə, bu tendensiya dəyişə bilər: "Yerli kartofumuz isə Cəlilabadda çıxmağa hazırlaşır. Pakistan kartofu da bazarlarda çoxalacaq. Pakistanın gömrük rüsumunda fərq olacağı gözlənilir. Çünki bununla bağlı danışıqlar olub. Əgər Pakistan kartofunun rüsumu azalsa, qiymətlər enə bilər. Amma dəyişiklik olmasa, qiymətlər bu tempdə qalacaq. Soğanın qiymətində isə bu yaxınlarda enmələr gözlənilir”.

İqtisadçı Rauf Qarayev isə deyir ki, illərdir bazarda qiymətlər bu şəkildə dəyişir: "Kartof və soğanla bağlı qiymət artımı və bu məhsulların çatışmazlığı əsasən mart-aprel aylarında olur. Bu il yaşadıqlarımız yeni baş verən proses deyil. Qiymətlərin enməsi əsasən may ayından etibarən başlayır. Bu da yerli kartofun bazara çıxarılmasından sonra olur”.

İqtisadçının fikrincə, hazırda qiymətlərin belə yüksəlməsinin səbəbi mövsümi faktorlardır: "Rayonlarda kartofun qiyməti 1 manat 20 qəpikdir. Növünə görə 1 manat 50 qəpik-2 manata qədər də dəyişə bilir. Səbəbi stabil hava şəraitinin olmamasında görürəm. Çünki hava gec isindiyindən yerli kartof hələ yetişməyib”.

R.Qarayevin sözlərinə görə, ət məhsullarına tələbat azaldıqca, kartofa tələbat yüksəlib: "Qiymətlərin bahalaşmasının səbəblərindən biri də kartofa tələbatın artması ola bilər. Buna görə qiymətlərdə enmələri görə bilmirik. Əvvəlki dövrlərdə digər tərəvəzlər bazara çıxdıqca kartofun qiyməti nisbətən aşağı düşürdü. Amma bir neçə ildir müşahidə etdikdə görürük ki, maksimum 10-20 faiz ucuzlaşma baş verir. Bu da illər üzrə tələbatın artması səbəbindəndir. Bu il də belə olması gözləniləndir. Bu halın qarşısının alınması üçün bazarda bolluq yaranmalıdır. Güman edirəm ki, may ayında qiymətlərdə enmələr müşahidə ediləcək”.

İqtisadçı yerli kartof və soğan istehsalındakı problemlərə də toxundu: "Yerli kartofla bağlı bir çox məsələlər mövcuddur. Məsələn, Gədəbəy kartofunun yığılmasında problem olmasa da, yetişdirilməsi ilə bağlı problemlər var. Torpağın dərmanlanması, dərmanların qiymətinin bahalaşması kimi amillər təbii ki, birbaşa bazara da təsir edir. Dərmanların tapılması da xeyli çətinləşib. Bu səbəbdən fermerlər məhsulu saxlaya bilmirlər. Məhsulların saxlanması üçün soyuducu anbarlar da azdır və onların qiyməti xeyli yüksəkdir. Soyuducuların sayı çox olmalıdır. Saxlanma şəraiti üçün qiymətlərdə güzəştlər edilməlidir”.

Mənbə: "Kaspi" qəzetiскачать dle 11.3
Mojo.az Banner