Mojo.az Banner
22:43 Bakıda torpaq sürüşməsi baş verib (VİDEO)  |     22:24 Kreditləri ən pis və ən yaxşı ödəyən rayon və şəhərlər məlum olub (VİDEO)  |     21:31 Telegramda 187 mindən çox kanal bloklandı  |     21:17 Entoni Elanqa: ""Qarabağ" müsbət mənada qeyri-adi komandadır"  |     21:07 Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri ilə görüşdü (FOTO)  |     21:01 2026-cı ilin ilk Günəş tutulması başa çatıb  |     20:56 Tiktoker Sərdar həbs edildi  |     19:50 Ağdərədə itkin düşmüş şəhidin nəşi 34 il sonra tapıldı  |     19:13 Qazaxıstanda güclü zəlzələ baş verib  |     19:08 Moskvada azərbaycanlı cütlüyün ölümü ilə bağlı TƏFƏRRÜAT  |     19:07 Dayanacaqda çantasını unudan şəxsin 1200 manatlıq qızılları oğurlandı  |     18:57 Kinematoqrafçılar İttifaqında GƏRGİNLİK: Xalq artistindən AÇIQLAMA  |     18:48 Tiktoker "Renka" saxlanıldı  |     17:13 23 hərbi qulluqçu cəzadan azad edilib  |     17:07 Mingəçevirdə aşkarlanan saxta içkilərin satışı qadağan edilib - FOTO  |     16:45 Həbsdə olan sabiq rəis: "Yığılan rüşvət Vasif Talıbovun göstərişi ilə Seymur Talıbova verilib"  |     16:37 "Roşka"nın məhkəməsi növbəti ayadək təxirə düşdü  |     16:18 İlin ilk Günəş tutulması 18:27-də yekunlaşacaq  |     16:13 Bakıda qızını cinsi zorakılıqla hədələyən ata SAXLANILDI  |     16:11 Xızıda avtotəmir zamanı FACİƏ - 63 yaşlı kişi öldü  |    
Left Banner
Right Banner

Hesablama Palatası: Metrodakı nöqsanlar hələ də aradan qaldırılmayıb

26.04.2025 19:56 552
Hesablama Palatası: Metrodakı nöqsanlar hələ də aradan qaldırılmayıb
Hesablama Palatasının 2022-2023-cü illərdə “Bakı Metropoliteni” QSC-də dövlət vəsaitlərinin və əmlakının istifadə və idarə olunmasına dair apardığı uyğunluq auditi nəticəsində aşkarlanmış nöqsanlardan 10-nun aradan qaldırılması (Palatanın verdiyi təkliflərin icra edilməsi) gecikir.

Bu barədə Palatadan bildirilib.

Məlumata görə, həmin təkliflər aşağıdakılardır:

- Metronun III yeni "Bənövşəyi" xəttinə daxil olan “Xocəsən” elektrik deposunun tikintisi obyekti üzrə layihə sənədlərində nəzərdə tutulmayan işlərin smeta sənədlərinə daxil edilməsi nəticəsində 272 658 manat fərq məbləğinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən müvafiq qaydada azaldılması;

- Metronun III yeni "Bənövşəyi" xəttinə daxil olan “Xocəsən” elektrik deposunun tikintisi obyekti üzrə “Yerinə yetirilmiş işlərin qəbulu Aktı” ilə rəsmiləşdirilmiş 559 700 manat dəyərində işlər üzrə tərtib edilmiş smeta sənədlərinin (işlərin icrası zamanı iş həcmlərinə edilmiş dəyişikliklər) ekspertizadan keçirilməsi;

- Metronun III yeni “Bənövşəyi” xəttinə aid “B04” stansiyası Konstruktiv həllər obyekti üzrə smeta sənədlərində smetada daşınma məsafəsinin faktiki məsafədən çox göstərilməsi və yığılmış qruntun qrupunun düzgün göstərilməməsi nəticəsində 663 359 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması;

- Metronun III yeni “Bənövşəyi” xəttinə aid “B04” stansiyası Konstruktiv həllər layihəsi "B04" stansiyasının çıxışları obyekti üzrə "Qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin siyahısı”nda olan DESN-91-02-29-2021-D1 Tikinti və xüsusi tikinti işləri üzrə Dövlət Element Smeta Normaları ilə müəyyən edilmiş düzəliş əmsallarının düzgün tətbiq edilməməsi hesabına 59 713 manat, smetada daşınma məsafəsinin faktiki məsafədən çox göstərilməsi hesabına 780 13 manat, betonun vahidinin qiymətinin düzgün tətbiq edilməməsi hesabına 117 513 manat, ümumilikdə 255 238 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması;

- Metronun III yeni "Bənövşəyi" xəttinə daxil olan "B03-B04" mənzil tunelləri və "B04" stansiyası (yolun üst quruluşu və təmas relsi) obyekti üzrə "Qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin siyahısı”nda olan DESN-91-02-29-2021-D1 Tikinti və xüsusi tikinti işləri üzrə Dövlət Element Smeta Normaları ilə müəyyən edilmiş düzəliş əmsallarının düzgün tətbiq edilməməsi hesabına 1 286 277 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması;

- Metronun III yeni "Bənövşəyi" xəttinə daxil olan "B03-B4" stansiyalararası mənzil tunellərində təxliyə keçidləri və "B04" stansiyasının tikintisinin davam etdirilməsi (memarlıq hissəsi) obyekti üzrə "Qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin siyahısı”nda olan DESN-91-02-29-2021-D1 Tikinti və xüsusi tikinti işləri üzrə Dövlət Element Smeta Normaları ilə müəyyən edilmiş düzəliş əmsallarının düzgün tətbiq edilməməsi hesabına 276 016 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması;

- Metronun III yeni "Bənövşəyi" xəttinə daxil olan “Xocəsən” elektrik deposunun tikintisində yolun üst quruluşu və təmas relsinin quraşdırılması obyekti üzrə "Qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin siyahısı”nda olan DESN-91-02-29-2021-D1 Tikinti və xüsusi tikinti işləri üzrə Dövlət Element Smeta Normaları ilə müəyyən edilmiş düzəliş əmsallarının düzgün tətbiq edilməməsi hesabına 64 662 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması;

- Metronun III yeni "Bənövşəyi" xəttinə daxil olan “Xocəsən” elektrik deposunun abadlaşdırma və digər işləri üzrə smeta və müqavilədə daşınma məsafəsinin çox göstərilməsi və işlərin vahidinin qiymətinin yüksək qiymətlə daxil edilməsi hesabına ümumilikdə 989 272 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması;

- Metronun III yeni "Bənövşəyi" xəttinə daxil olan “Xocəsən” elektrik deposunun yükləmə-boşaltma meydançasının tikintisi obyektində layihədəki həcmlərdən artıq həcmin smetaya daxil edilməsi hesabına ümumilikdə 50 723 manat artırılmış işlərin dəyərinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən azaldılması;

- Auditlə əhatə olunan iki obyekt üzrə yerinə yetirilməsi rəsmiləşdirilmiş tikinti-quraşdırma və abadlaşdırma işlərinin həcm və dəyərinin müvafiq layihə-smeta sənədlərindən artıq (o cümlədən, fərqli) olmasının müəyyənləşdirildiyi nəzərə alınmaqla digər obyektlərin də bu predmet üzrə daxili nəzarət qaydasında əhatə olunması, layihə-smeta sənədlərindən kənar qaydada yerinə yetirilməsi rəsmiləşdirilmiş tikinti-quraşdırma işlərinin faktiki dəyərinə əsaslanmaqla layihə-smeta sənədlərinə müvafiq düzəlişlərin edilməsi üçün səlahiyyətli dövlət qurumlarına müraciət edilməsi və yekun qərarlardan asılı olaraq qanunvericiliyə uyğun tədbirlərin həyata keçirilməsi.скачать dle 11.3
Mojo.az Banner