Mojo.az Banner
15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |     13:18 Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir  |     13:08 Qadını şantaj edən gənc həbs olundu  |     12:34 Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü  |     23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Əvəz Zeynallı azadlığa buraxıldı

25.04.2025 16:44 741
Əvəz Zeynallı azadlığa buraxıldı
"Xural" internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad olunması ilə bağlı məhkəməyə etdiyi müraciətlə bağlı yekun qərar verilib.

Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə onlayn formatda keçirilən yekun prosesdə qərar elan edilərək, Əvəz Zeynallı azadlığa buraxılıb.

Xatırladaq ki, vəkil Rəşad Əliyev müvəkkilinin xərçəng xəstəliyi ilə əlaqədar müayinə olunub, diaqnozunun təsdiq olunması və bu səbəbdən onun cəzasının qalan hissəsindən azad olunması ilə bağlı qərar çıxarılmasını məhkəmədən istəyib.

Digər vəkil Fəxrəddin Mehdiyev də müvəkkilinin vəziyyətinin ağır olduğunu nəzərə alaraq, prosesin uzadılmamasını və qərar verilməsini xahiş edib.

Müşavirədən sonra Əvəz Zeynallının xəstəliyinin təsdiqi üçün tibbi şəhadətnamənin məhkəməyə verilməsinin təmin edilməsi ilə bağlı qərar qəbul olunub.

Qərarda bildirilir ki, tibbi şəhadətləndirilmə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə tapşırılsın. Həmin rəylər ixtisaslaşdırılmış ekspertlər tərəfindən həyata keçirilməklə 1 ay ərzində təqdim olunmalıdır.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Əvəz Zeynallı 9 il, Elnur Şükürov isə 4 il müddətinə azadlıqdan məhrum edilmişdilər.

Birinci instansiya məhkəməsinin hökmü ilə bağlı apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Daha sonra Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayətinə baxılaraq şikayət qismən təmin edilib.

Əvəz Zeynallının cəzası iki ay, Elnur Şükürovun həbs müddəti isə bir il azaldılıb.

Qeyd edək ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri, Elnur Şükürova isə həmin məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner