Mojo.az Banner
16:12 ChatGPT-dən istifadəçiləri təəccübləndirən YENİLİK  |     16:11 Abşeron və Binəqədi rayonunda oğurluq edənlər saxlanıldı  |     16:03 Rusiya Silahlı Qüvvələri Ukraynada dörd yaşayış məntəqəsinə nəzarəti ələ keçirib  |     15:24 “Yol nişanı görünmür, nəticədə cərimələnirik” - VİDEO  |     15:21 Azərbaycanda bu yerlərdə işləyənlər ən az 2 min manat maaş alır - SİYAHI  |     15:19 Nikol Paşinyan: "Ermənistandan Azərbaycana ixrac üzrə ilkin razılaşma var"  |     15:10 Direktor məktəbin avadanlıqlarını söküb evinə aparıb? - AÇIQLAMA (FOTO)  |     15:06 Alen Simonyan Bakıya səfər edəcək?  |     15:04 Günəşdə yeni güclü alışmalar gözlənilir: Maqnit qasırğası ehtimalı  |     15:02 Bakıda bəzi məktəblərdə TƏDRİS ONLAYN OLACAQ - SƏBƏB  |     14:58 "Atam MİDA-da işləyir" yalanı ilə dələduzluq edən taksi sürücüsü CƏZALANDIRILDI  |     14:57 Bakıda qardaş və bacı bir-birini bıçaqladı  |     14:56 "Yaşına uyğun bəzənmirdi" – Anasını öldürən Emilin ifadəsi  |     14:34 Pula görə böyrəyini satmaq istədi, 6000 manat cərimə olundu  |     14:27 Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU - FOTO  |     14:26 655 karat brilyantı Bakıya gətirmək istədilər  |     14:24 Birinci sinfə elektron sənəd qəbulunun SON GÜNÜDÜR  |     14:12 Kişi ondan borc istəyən arvadını döydü  |     14:08 Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşır  |     13:25 Dünyada təhsil BÖHRANI: 273 milyon şəxs məktəbə getmir  |    
Left Banner
Right Banner

"Azərreyl" ÇEMPİON OLDU: Qaliblər mükafatlandırıldılar

24.04.2025 18:43 966
Qadın voleybolçular arasında Yüksək Liqada 2024/25 mövsümünə yekun vurulub.

Həlledici qarşılaşmada ötən mövsümün çempionu "Azərreyl" "Abşeron"la qarşılaşıb.

"Dəmiryolçular" ilk görüşdəki 0:3 hesablı məğlubiyyətin revanşını almağı bacarıblar. Quru hesabla qalib gələn "Azərreyl" cütün taleyini "Qızıl set"ə daşıyıb. Son hissədə də qalib gələn "dəmiryolçular" qızıl medallara sahib olub.

Yüksək Liqa (qadınlar):

Final, ikinci oyun

15:00. "Azərreyl" - "Abşeron" - 3:0 (28:26, 30:28, 25:22)

Qızıl set: 15:12

Milli Gimnastika Arenasında baş tutan "Abşeron" - "Azərreyl" matçından sonra mükafatlandırma mərasimi keçirilib.

Mükafatlandırmadan öncə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib. Çempionatın maraqlı keçdiyini bildirən qurum rəsmisi Azərbaycan Voleybol Federasiyasına (AVF) təşəkkür edib və uğurlar arzulayıb.

Daha sonra Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç çıxış edib. O, AVF-yə və komandalara uğurlar arzulayıb.

AVF-nin prezidenti Şahin Bağırov da çıxışında azarkeşlərə və voleybolçulara təşəkkür edib. O, yaxşı idmançıların yetişməsinə və bu idman növünün daha da inkişafına çalışacaqlarını söyləyib.

Daha sonra müxtəlif nominasiyalar üzrə seçilmiş volebolçulara fərdi mükafatlar verilib. Ardından komandalara kubok və medallar təqdim olunub. Medalları idmançılara AVF prezidenti Şahin Bağırov, vitse-prezidenti Faiq Qarayev və CEV-in prezidenti Roko Şkiriç təqdim ediblər. Kuboku "Azərreyl" komandasına Çingiz Hüseynzadə verib.

Qeyd edək ki, Azərbaycan Yüksək Liqasının qalibi adını "Azərreyl" komandası qazanıb. "Abşeron" gümüş, "Milli Aviasiya Akademiyası" isə bürünc medalların sahibi olub.скачать dle 11.3
Mojo.az Banner