Mojo.az Banner
16:00 Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - RƏSMİ AÇIQLAMA  |     15:19 Bir sıra məhkəmələrə yeni təyinatlar oldu (SİYAHI)  |     15:17 Azərbaycanda lizinq anlayışı ləğv edildi  |     14:53 Uşaq bağçasının mənimsəmədə ittiham olunan müdiri və müavininə hökm oxundu  |     14:51 "Neftçi" daha 4 futbolçusu ilə vidalaşır  |     14:50 Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü - Dəhşətli cinayətin TƏFƏRRÜATI  |     14:49 Günəşdə güclü partlayışlar gözlənilir  |     14:18 Türkiyədə hoteldə yanğın: Ölən var  |     14:14 Azərbaycanda YENİ CƏRİMƏLƏR müəyyənləşir - İşəgötürənlərin NƏZƏRİNƏ  |     14:12 Dövlət qurumlarına edilən müraciətlərin cavablandırılmasında YENİLİK  |     13:33 Bəzi qadınlar pensiyaya 60 yaşında çıxsınlar - TƏKLİF  |     13:12 Oğuzda 14 ağacı kəsən şəxsi polis yaxaladı  |     12:55 Bulvarda gənc qıza və oğlana qarşı zorakılıq hadisəsinin ANBAAN GÖRÜNTÜLƏRİ  |     12:40 Azərbaycanda tanınmış kosmetoloq barəsində yeni hökm çıxarıldı - FOTO  |     12:26 Dövlət vəsaitini mənimsəməkdə ittiham olunan bağça müdiri və müavininə BƏRAƏT VERİLDİ  |     12:13 Azərbaycanda yeddi dövlət qurumu ləğv olundu  |     11:44 Malayziya kralı Azərbaycan Prezidentini təbrik etdi  |     11:39 Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı  |     11:33 Arutyunyan və digərlərinin məhkəməsi başlayır  |     11:16 Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq  |    
Left Banner
Right Banner

200-ə yaxın taksi sürücüsü imtahandan kəsilib

24.04.2025 17:37 1 041
200-ə yaxın taksi sürücüsü imtahandan kəsilib
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 24 aprel 2025-ci il tarixində xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün DİM-in elektron imtahanlar korpusunda test imtahanı keçirilib.

Bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahan elektron qaydada kompüter vasitəsilə bir saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr, həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün 1 560 namizəd qeydiyyatdan keçib. Onlardan 1 445 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1 261 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilib. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək. Şəhadətnamələrin verilmə tarixləri barədə əlavə məlumat veriləcək.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 25 və 28 aprel tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50.скачать dle 11.3
Mojo.az Banner