Mojo.az — elanlar
Son Xəbərlər
22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |     20:35 Milyonlarla insanın istifadə etdiyi fotonun ulduzuna bir də baxın  |     20:33 Çində 7 maqnitudalı zəlzələ olub  |     20:32 Ordubadın Dırnıs kəndindən sel keçib  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiya ölkədə olan miqrantların leqallaşdırma müddətini sentyabra qədər UZATDI

22.04.2025 12:28 741
Rusiya ölkədə olan miqrantların leqallaşdırma müddətini sentyabra qədər UZATDI
Rusiya ölkə ərazisində nizamsız hüquqi statusla yaşayan xarici vətəndaşlara qalma müddətlərini leqallaşdırmaq üçün əlavə vaxt verəcək. Əvvəllər 30 aprel 2025-ci il tarixinə qədər müəyyən edilmiş müddət indi 10 sentyabr 2025-ci il tarixinədək uzadılıb.

Bu barədə Median.Az Qırğızıstan Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Qərar Qırğızıstanın Rusiyadakı səfiri Kubanıçbek Bokontayevin Rusiya Prezidentinin Xarici Ölkələrlə Regionlararası və Mədəni Əlaqələr İdarəsinin rəisi İqor Maslovla görüşü zamanı Rusiya tərəfindən elan olunub.

Müddətin uzadılması Rusiya prezidentinin 30 dekabr tarixli fərmanının qüvvədə olma müddətinə aiddir. Həmin fərmana əsasən, xarici vətəndaşlar ya 30 aprelədək ölkədə qalma müddətlərini qanuniləşdirməli, ya da ölkəni tərk etməli idilər. Bu qayda nəzarət olunan şəxslərin reyestrinə daxil edilməli olan xarici vətəndaşlara şamil edilir.

Qeyd edək ki, 5 fevral tarixindən etibarən Rusiyada qüvvəyə minmiş bu reyestr ölkədə qeyri-qanuni yaşayan xarici vətəndaşların qeydiyyatı üçün nəzərdə tutulub. Reyestrin tətbiqi ilə paralel olaraq, qeyri-qanuni miqrantlar və hüquq pozuntularına yol vermiş şəxslər üçün yeni deportasiya rejimi də qüvvəyə minib.

Yeni qaydalara əsasən, Rusiyada qanunsuz yaşayan şəxslərin bir sıra hüquq və azadlıqları məhdudlaşdırılır. Məsələn, onların nikaha girməsinə, nəqliyyat vasitələrini qeydiyyatdan keçirməsinə və onları idarə etməsinə qadağa qoyulur. Qalma rejiminin təkrar pozulması halında isə belə şəxslər deportasiya oluna bilərlər.

Son xəbərlər