Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Ağrısız infarkt: Nadir, amma təhlükəli problem

22.04.2025 11:47 1 602
Ağrısız infarkt: Nadir, amma təhlükəli problem
Miokard infarktı ürəyin ciddi xəstəliklərindən biri olaraq, hələ də dünyada ölümün əsas səbəblərindəndir. Amma bəzi hallarda bu infarkt ağrısız keçir və bu, onu daha da təhlükəli edir.

Bu barədə kardioloq, tibb üzrə fəlsəfə doktoru Sergey Vasilyev "Veçernyaya Moskva"ya danışıb.

Onun sözlərinə görə, ağrısız infarkt adlanan bu forma nadir rastlansa da (təxminən 1% hallarda), təhlükəlidir.

"Xüsusilə şəkərli diabeti və ürək-damar problemi olan kişilərdə daha çox rast gəlinir. Belə infarkt zamanı insanlar sinədə tipik ağrı hiss etmədiyi üçün, vəziyyətin ciddiliyini anlamır və həkimə gec müraciət edirlər. Əslində isə ürək əzələsi artıq zədələnir və hər dəqiqə həyat üçün risk artır", - deyə o bildirib.

Həkimin sözlərinə görə, əsas simptomlar gücsüzlük, başgicəllənmə, həddindən artıq tərləmə, həyəcan, panika hissi, təngnəfəslik (hətta sakit halda), qan təzyiqinin oynaması və ya ürəkdə ritm pozğunluğudur.

Sonda o bildirib ki, infarktın yalnız sinə ağrısı ilə olmadığını unutmaq olmaz.

"Orqanizmin verdiyi siqnalları vaxtında dinləmək həyati əhəmiyyət daşıyır", - deyə həkim sözlərini yekunlaşdırıb.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner