Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

"Ford" ticarət müharibəsinə görə Çinə avtomobil ixracını dondurdu

21.04.2025 22:49 1 122
Amerikanın "Ford" şirkəti ticarət müharibələri səbəbindən Çinə avtomobil ixracını dayandırıb. Qərara əsasən, "F-150 Raptor", "Mustang", "Bronco" və "Lincoln Navigator" modelləri Çinə tədarük edilməyəcək.

Bu barədə Carscoops.com məlumat yayıb.

Qərar yüksək idxal rüsumlarına görə qəbul edilib - beləliklə, "Ford" bəzi avtomobillərdə indi 150%-ə çatan tarifləri ödəməkdən yayınmaq istəyir.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp aprelin 3-dən minik avtomobilləri, yüngül yük maşınları və avtomobil hissələrinin idxalına 25 faizlik rüsumların tətbiqi haqqında sərəncam imzalayıb.

ABŞ hökumətinin Federal Reyestrində dərc edilən sənədə görə, motorlu nəqliyyat vasitələrinin və bəzi motorlu nəqliyyat vasitələrinin hissələrinin idxalı ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratmaqda davam edir. Hazır avtomobillər üçün 25% rüsum aprelin 3-dən qüvvəyə minib.

Tramp bildirib ki, Avropa İttifaqı, Yaponiya və digər ölkələrlə razılaşma əldə etmək üçün bütün səylərə baxmayaraq, təhlükə yalnız artıb. Səbəb kimi o, COVID-19 pandemiyasına məruz qalan tədarük zəncirlərinin zəifliyini, həmçinin ədalətsiz subsidiyalar və aqressiv sənaye siyasəti ilə dəstəklənən xarici avtomobil istehsalçılarının yüksəlişini göstərib.

Tramp qeyd edib ki, hazırda ABŞ-da satılan avtomobillərin yalnız yarısı yerli istehsaldır və bu, sənaye bazasına və milli təhlükəsizliyə zərbə vurur. Sənəddə həmçinin yeni məhdudiyyətlərdən yayınmağın mümkün yollarının qarşısını almalı olan vergi tutulan malların siyahısını genişləndirən mexanizmin işlənib hazırlanması zərurətinin göstəricisi var.
//valyuta.azскачать dle 11.3
Mojo.az Banner