Mojo.az Banner
17:05 ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatdı  |     16:58 Narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olunub  |     16:36 Nepalda daşqın: Ölənlərin sayı artdı  |     16:04 Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq  |     15:58 Bakıda məşhur bazar köçürülür - VİDEO  |     15:57 Külli miqdarda qızılı Türkiyəyə aparmaq istəyən şəxslərə hökm oxundu  |     15:38 İlahiyyatçıdan “Çevik”in döyülməsi ilə bağlı AÇIQLAMA  |     15:33 Sentyabrda bu tarixlərə DİQQƏT — Astroloqdan XƏBƏRDARLIQ  |     13:47 Partlayış baş verən Goranboyda vəziyyət necədir? - RƏSMİ  |     13:25 Binəqədi şosesində hərəkətin təşkili dəyişdirilir - VİDEO  |     13:12 Jurnalistin oğlu faciəvi şəkildə öldü  |     12:54 Ata Bakıda evini satmaq istədi, oğlu tərəfindən döyüldü  |     12:40 Xalq artisti reanimasiya yerləşdirildi  |     12:25 Ölkədən qaçan vəzifəli şəxs Azərbaycana ekstradisiya ediləcək  |     12:24 MİDA-nın növbəti mənzil satışı nə vaxt keçiriləcək? - AÇIQLAMA  |     12:07 Restoranda qısqanclıq zəminində sevgilisini döyən evli kişiyə hökm oxundu  |     12:02 Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı  |     12:01 Azərbaycan nefti BAHALAŞDI  |     12:00 İrandan Rusiyaya narkotik daşıyanlar Biləsuvarda ƏLƏ KEÇDİLƏR - VİDEO  |     11:54 Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi yollar axşamdan bağlanacaq - SƏBƏB  |    
Left Banner
Right Banner

Restoranda ciddi nöqsanlar aşkarlandı - Sahibi cərimələndi

21.04.2025 22:44 765
Restoranda ciddi nöqsanlar aşkarlandı - Sahibi cərimələndi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sumqayıt-Novxanı yolunda fəaliyyət göstərən Hacıyev Ceyhun Telman oğluna məxsus “Diana” ailəvi istirahət mərkəzində aparılan yoxlama zamanı normativ tələblərin pozulduğunu aşkarlayıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, müəssisədə etiket məlumatları olmayan məhsullardan istifadə edildiyi məlum olub.

Həmçinin məhsulların saxlanması zamanı temperatur rejiminə əməl olunmadığı, texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi, mətbəx sahəsinin tələblərə cavab vermədiyi, bəzi işçi masaların və stellajların asan təmizlənə bilən, dezinfeksiyaedici məhlulların təsirinə davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, suyun filtrasiyadan keçirilmədiyi və digər nöqsanlar müəyyən edilib.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində cərimə tətbiq olunub.скачать dle 11.3
Mojo.az Banner