Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Azad edilmiş ərazilərdə mal-qara saxlanılmasına icazə verilirmi? - Rəsmi cavab

21.04.2025 22:31 1 536
Azad edilmiş ərazilərdə mal-qara saxlanılmasına icazə verilirmi? - Rəsmi cavab
Azad edilmiş ərazilərdə mal-qara saxlanılması ilə bağlı məsələyə aydınlıq gətirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı APA-ya açıqlamasında deyib ki, azad edilmiş ərazilərə köçən məcburi köçkünlərə öz həyətyanı sahələrində ev heyvanları saxlamağa icazə verilir:

“Kəndlərdə keçmiş məcburi köçkünlər öz həyətyanı sahəsində ev heyvanları saxlayırlar. Xocalının Ballıca kəndində, Ağdərənin Həsənriz kəndində bunun şahidi ola bilərsiniz. Sadəcə şəhərlərdə, məsələn, Xocalı şəhərində ev heyvanlarının saxlanmasına icazə verilmir”.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən isə bildirilib ki, azad edilmiş ərazilərə köçən keçmiş məcburi köçkünlərin öz həyətyanı sahələrində ev heyvanları saxlamasına etiraz edilmir. Sakinlərin edəcəyi müraciətdən asılı olaraq məsələ təhlil edilə və qanun çərçivəsində həllinə köməklik göstərilə bilər.

Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən isə bildirilib ki, azad edilmiş ərazilərə köçən vətəndaşların həyətyanı sahələrdə ev heyvanı saxlamaq imkanları ilə bağlı məsələ hazırda Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi ilə koordinasiyalı şəkildə araşdırılır və geri qayıtmış sakinlərin müəyyən sayda iri və xırdabuynuzlu heyvanları saxlaya bilməsi istiqamətində müvafiq təhlillər aparılır.

Qeyd edilib ki, Laçın rayonuna köç edən sakinlərin ev quşları saxlamasına icazə verilir. Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təsdiq etdiyi layihəyə uyğun olaraq, şəhərin memarlıq görünüşünə zidd olmayan şəkildə hinlərin inşası həyata keçirilir. Bu baxımdan, ev quşlarının saxlanılmasına dair hər hansı məhdudiyyət mövcud deyil”.

Cəbrayıl, Qubadlı və Zəngilanda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən isə cavab verilməyib.

Qeyd edək ki, 2020-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,3 milyard manat vəsait ayrılıb, 2025-ci ildə bu məqsədə 4,0 milyard manat vəsait xərclənməsi nəzərdə tutulub. Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.
//modern.az

Son xəbərlər