Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Bu işarə varsa, deməli, "WhatsApp" mesajlarınızı başqası oxuyur

18.04.2025 22:12 798
Bu işarə varsa, deməli,
Son günlərdə WhatsApp tətbiqində "üçüncü mavi işarə" funksiyasının istifadəyə verilməsi ilə bağlı yayılan məlumatlar geniş müzakirələrə səbəb olub. Bəzi sosial media istifadəçiləri və yerli xəbər portalları bu funksiyanın artıq aktiv olduğunu və mesajların üçüncü şəxslər - hətta hüquq-mühafizə orqanları tərəfindən oxunduğunu bildirən simvollarla müşayiət olunduğunu iddia edirlər.

Yeni funksiya mesajın başqası tərəfindən oxunduğunu göstərir və istifadəçiyə əlavə nəzarət imkanı yaradır. İddialara görə, bu xüsusilə qrup çatlarında və mesaj yönləndirildikdə aktivləşir.

Hazırda mövcud sistemdə:

Bir boz işarə - mesajın göndərildiyini,

İki boz işarə - mesajın qarşı tərəfə çatdığını,

İki mavi işarə - mesajın oxunduğunu bildirir.

İddialara əsasən, yeni funksiyada "üçüncü mavi işarə"də olacaq. Bu işarə sayəsində mesajın digər bir şəxs tərəfindən də oxunduğunu bilmək mümkün olacaq. Hətta bəzi iddialarda bu işarənin qırmızıya çevrilməsi hüquq-mühafizə orqanlarının mesajı oxuduğunu göstərdiyi kimi şərh olunur. Lakin bu iddiaların heç biri rəsmi olaraq təsdiqlənməyib.

Meta şirkəti də bu barədə hər hansı dəyişiklik və ya funksiya barədə rəsmi açıqlama verməyib.
//milli.az

Son xəbərlər