Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Hesablama Palatası İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində nöqsanlar aşkarladı

17.04.2025 19:55 1 371
Hesablama Palatası İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində nöqsanlar aşkarladı
Hesablama Palatası İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və tabeliyindəki təşkilatlar tərəfindən dövlət vəsaitinin və əmlakının istifadəsinin və idarə olunmasının audini aparıb.

Bu barədə Palatadan bildirilib.

Auditin mәqsәdi 2022-2023-cü illәr üzrә "İçәrişәhәr” Dövlәt Tarix-Memarlıq Qoruğu İdarәsi publik hüquqi şәxs vә tabeliyindәki tәşkilatlar tәrәfindәn dövlәt vәsaitinin vә әmlakının istifadәsinin vә idarә olunmasının hüquqi aktların tәlәblәrinә uyğunluğuna dair yetәrli audit sübutlarını toplamaqla mövcud vәziyyәti müәyyәn etmәk olub.

2022-2023-cü illәrdә İdarә tәrәfindәn "Mәnzil vә kommunal tәsәrrüfatı" vә "Mәdәniyyәt, incәsәnәt, informasiya, bәdәn tәrbiyәsi, gәnclәr siyasәti vә bu qәbildәn olan digәr fәaliyyәt" funksional bölmәlәri üzrә dövlәt sifarişlәri xәrclәrinin maliyyәlәşdirilmәsinә görә tәlәbat hazırlanarkәn "Dövlәt büdcәsinin tәrtibi vә icrası Qaydaları”nın 2.2-ci bәndinin tәlәblәri gözlәnilmәmiş, bölmәlәr üzrә müvafiq olaraq 1735336,0 manat vә 863661,0 manat mәblәğindә vәsait artıq proqnozlaşdırılaraq tәqdim edilmiş, bununla yanaşı, İdarәnin hesablaşma hesabında tәsәrrüfat gәlirlәri üzrә 2 il üzrә müvafiq olaraq 320551,24 vә 1405448,02 manat qalıq vәsaitlәr dә büdcә vәsaitinә tәlabatın hesablanmasında nәzәrә alınmamışdır.

İdarә tәrәfindәn 2022-ci vә 2023-cü illәr üçün "İllik satınalma planı” tәsdiq edilmәmiş, 2022-ci ildә 28 halda o cümlәdәn, 21 halda kotirovka, 7 halda açıq tender proseduru ilә keçirilmiş satınalma prosedurları üzrә ehtimal olunan qiymәt cәdvәllәri tәsdiq edilmәmiş, mәnbәyi bilinmәyәn vahid qiymәt yazılaraq ehtimal olunan qiymәt kimi göstәrilmişdir. Eyni zamanda, müvafiq satınalma prosedurları nәticәsindә bağlanmış müqavilәlәr dövlәt satınalmalarının vahid internet portalında yerlәşdirilmәmişdir.

İdarә tәrәfindәn "Yaşanıla bilәn vә Dayanıqlı İrs Şәhәrlәri” mövzusunda keçirilmiş beynәlxalq konfrans çәrçivәsindә xarici qonaqlar üçün aviabiletlәrin alınması xәrclәri üzrә 33012,4 manat, mehmanxana xәrclәri üzrә 16138,0 manat satınalma proseduru keçirilmәdәn xәrc edilmişdir. Eyni zamanda, İdarәnin Elmi Mәdәni Mәrkәzi tәrәfindәn 2022-ci ildә "Dövlәt satınalmaları haqqında" Qanunun 1-ci maddәsinin tәlәblәrinә әmәl edilmәdәn "Nәqliyyat vasitәlәrinin cari tәmiri" xәrc maddәsindәn 14000,0 manat, "İcarә vә muzdlu xidmәtlәr" xәrc maddәsindәn 6440,0 manat turekskursiya xidmәtinә görә tәchizatçıya ödәnilmişdir.

Son xəbərlər