Mojo.az Banner
23:02 İran TRIPP-lə bağlı Paşinyana xəbərdarlıq etdi  |     22:56 "Formula-1"in sabiq rəhbəri həbs olundu  |     22:51 Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu  |     22:43 Bakıya leysan yağdı, küçələri su basdı - VİDEO  |     22:37 Tramp yeni xəritə paylaşdı - Bu əraziləri ABŞ-yə qatdı (FOTO)  |     22:30 Rusiyada yüksəkvəzifəli şəxslər həbs olundu  |     22:25 Paytaxtın velosiped oğrusu saxlanıldı  |     22:19 Bu ölkə Rusiya və Belarusa sərnişin reyslərini qadağan edir  |     22:07 Gedişhaqqı ilə bağlı Açıqlama: “Qarşıdakı 11-12 ay ərzində...”  |     21:50 Şad xəbər: Orta aylıq əmək haqqı bu qədər artdı  |     21:43 Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK  |     21:23 Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb  |     21:21 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:09 300 balı siyahıda yox idi, amma qəbulda nəzərə alındı: 627 balla tələbə oldu  |     21:00 Başqasının kosmetikasından “ortaq” istifadə etmək olmaz  |     20:53 Sentyabrda 8 gün iş olmayacaq  |     20:48 Universitetlərə qeydiyyat nə zaman başa çatacaq?  |     20:40 Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir  |     20:34 Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? (VİDEO)  |     20:27 Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur  |    
Left Banner
Right Banner

Müəllimlərin direktor müavini olmaq uğrunda davası başa çatdı: 1 000 manat cərimə edildi

15.04.2025 18:09 777
Müəllimlərin direktor müavini olmaq uğrunda davası başa çatdı: 1 000 manat cərimə edildi
Bakıda müəllim barəsində məhkəməyə edilmiş xüsusi ittiham qaydasındakı şikayətə baxılıb.

Median.Az
"Qafqazinfo"a istinadla xəbər verir ki, söhbət Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin müəllimi 57 yaşlı Lətifə Qəhrəmanovadan gedir.

Belə ki, 200 saylı orta məktəbin kimya müəllimi Gülnar Muradzadə Lətifə Qəhrəmanovanın Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə cəzalandırılmasını tələb edib.

Şikayətçi bildirib ki, 20 noyabr 2023-cü il tarixdə təlim-tərbiyə işləri üzrə direktor müavini imtahanında bal toplayaraq uğur qazanıb. 2024-cü ilin fevralında imtahanda uğur qazanan namizədləri müsahibə mərhələsinə dəvət ediblər. O, müsahibədə yetərincə bal toplaya bilmədiyi üçün təkrar müsahibəyə dəvət olunmaq məqsədilə 18 nömrəli məktəbdə təşkil edilmiş təlimlərə cəlb edilib.

G.Muradzadə təkrar müsahibədə uğur qazandığından Bakı Şəhəri üzrə Təhsil İdarəsinə çağırılıb. Ona 240 saylı məktəbə direktor müavini təyin olunduğu bildirilib:

"İdarə tərəfindən "WhatsApp"da qrup yaradıldı və imtahanda uğur qazanmış namizədləri ora əlavə etdilər. Qrup üzvlərinin 18 aprel 2024-cü il saat 14:00-da "Zoom" platforması üzərindən görüşü təşkil edildi. Görüş İdarənin rəsmisi tərəfindən keçirildi və lazım olan təlimatlar verildi. Aprelin 19-da kurator qrupda bildirdi ki, 22 aprelə qədər zəruri sənədləri idarəyə təqdim etməliyik. Deyilən tarixdə sənədləri idarəyə təqdim etməklə, eyni zamanda, 240 saylı məktəbə direktor müavini təyin olunmaq üçün ərizə yazdım".

Gülnar Muradzadə elə həmin gün tanışlarına təyinatı barəsində məlumat verdiyini söyləyib:

"Bu hadisədən bir gün sonra tanımadığım və heç bir zaman ünsiyyətdə olmadığım Lətifə Qəhrəmanova videoçəkiliş edərək barəmdə mediada və sosial şəbəkələrdə təhqir və böhtanlar səsləndirdi. Guya mən ona demişəm ki, test mərhələsini və tələb olunan limitləri keçə bilməmişəm. O, videomüraciətlərdə mənim imtahandan keçmək üçün idarəyə pul verdiyimi, savadsız olduğumu deyərək təhqir edib. Avqustun əvvəlində rəsmi qəbula gedərək təyinatım barədə soruşdum, mənə imtahandan keçmədiyim bildirildi. İmtahandan keçmədiyim halda 240 saylı məktəbə direktor müavini təyin olunmağım barədə ərizənin məndən alınmasının səbəbini soruşduqda isə konkret cavab verilmədi. Təyinatımın verilməməsində Lətifə Qəhrəmanova günahkardır. Çünki bütün bunlar onun videomüraciətindən sonra baş verib, karyerama ziyan dəyib".

Şikayətçi L.Qəhrəmanovanın həbs olunmasını tələb edib.

34 ildir ki, müəllim çalışan Lətifə Qəhrəmanova isə deyib ki, Bakı şəhərində keçirilən ümumtəhsil məktəbləri üzrə direktor müavinlərinin işə qəbul imtahanlarında iştirak edib və uğur qazanıb. Lakin imtahanın müsahibə mərhələsində haqsızlıqla qarşılaşdığını, kəsildiyini iddia edib. O, imtahanın müsahibə mərhələsinə rəhbərlik edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmisinin onun müsahibədən keçməsinə əngəl törətdiyini, rüşvət müqabilində G.Muradzadəni direktor müavini təyin etdiyini deyib.

Şəhid bacısı olan təqsirləndirilən şəxs, həmçinin Gülnar Muradzadənin özünün ona imtahandan yetərincə bal toplaya bilmədiyini dediyini söyləyib.

Binəqədi Rayon Məhkəməsində keçirilən prosesin yekununda L. Qəhrəmanovaya Cinayət Məcəlləsinin 147.2-ci, yəni böhtan maddəsi üzrə bəraət verilib. Lakin o, 148-ci (təhqir) maddəsi üzrə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilib.скачать dle 11.3
Mojo.az Banner