Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Ərini qonşusuna qısqandı: Məhkəməlik oldular (TƏFƏRRÜAT)

14.04.2025 15:59 843
Ərini qonşusuna qısqandı: Məhkəməlik oldular (TƏFƏRRÜAT)
Naxçıvanda iki qadının mübahisəsi dava ilə nəticələnib.

Median.Az
Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə Şərur rayonunun kəndlərindən birində baş verib. 1982-ci il təvəllüdlü Əfsanə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Sevilə (adlar şərti verilib - red.) xəsarət yetirib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində izahat verən Əfsanə bildirib ki, Şərur rayonunun kəndində yaşayır: "İki ildir kənd mədəniyyət evində xadimə işləyirəm. Çalışdığım yerin yaxınlığındakı mağazada Sevil adlı həmkəndlimlə aramızda tez-tez mübahisə olur. O, əri İntiqamla münasibət qurduğumu deyir. Halbuki aramızda heç nə yoxdur".

Əfsanə qeyd edib ki, bu il fevralın 18-də təxminən saat 14 radələrində iş yerinə gedəndə Sevil onu görüb: "Mənim barəmdə nalayiq ifadələr işlətməyə başladı. Kənarda adamların dayandığını görüb ona heç nə demədim.

Axşam işdən çıxıb evimə gəldim. Həyəti süpürəndə Sevilin yolla evlərinə getdiyini gördüm, onu səslədim, günorta nə üçün mənə söz atdığını soruşdum. O, yenə nalayiq ifadələr işlətdi. Qızım Aysu yanımıza gəldi. Sevil onun saçından tutdu, ünvanına nalayiq sözlər dedi. Mən araya girdim, Sevilin saçından tutdum. O da mənim saçımdan yapışdı. Aysu oradan uzaqlaşıb evə getdi. Sevillə biz dalaşdıq, bir-birimizi vurduq. Axırda mən yerdən şifer parçasını götürüb onun çiyninə zərbə endirdim. Davamız bitdi, mən evimə getdim".

Zərərçəkmiş qismində ifadə verən Sevilin sözlərinə görə, Şərur rayonunun kəndində ticarət mərkəzində satıcı işləyir: "Fevralın 15-də bibim qızı Ləman vəfat etdiyindən üç gün kənddə olmadım. Fevralın 18-də kəndə qayıtdım, ticarət mərkəzində işimə davam etdim. Saat 18-də işdən çıxdım ki, evə gedim. Yolda qonşum Məmmədlə qarşılaşdım, o, televizorumuzda kanallar itdiyindən məndən kanalların yığılıb-yığılmadığını soruşdu.

Bu barədə söhbət edə-edə evə doğru getməyə başladıq. Əfsanəgilin evinin önündən keçəndə onun qızı və oğlu ilə küçədə dayandığını gördüm. Əfsanə Məmmədə "sən get, mənim Sevillə söhbətim var" dedi. Məmməd də getdi".

Sevilin ifadəsinə görə, Əfsanə onu niyə orda-burda haqqında danışdığı barədə sorğu-sual edib: "Dedim, sənin haqqında heç nə danışmamışam, bunu sənə kim deyir? Qızı mənim üzərimə gəldi, saçımdan tutub yolmağa başladı. Məni yerə yıxıb üzərimə çıxdılar. Əfsanə məndən iri olduğundan ona gücüm çatmadı. Amma qızının saçını yolmağa başladım. Yerdə olarkən bədən və ayaq nahiyəmə zərbələr endirməyə başladılar.

Cibimdən necə çıxdığını bilmədim, amma mobil telefonumu Əfsanənin qızı götürüb yerə çırpdı. Avtomobili ilə yaxınlıqdan keçən qonşumuz Səid mənim döyülməyimi gördü, maşını saxladı, məni onların əlindən aldı. Məni maşına mindirib evimə apardı. Oğlum Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək döyülməyim barədə polisə məlumat verdi".

Şərur Rayon Məhkəməsinin qərarı ilə Əfsanə 350 manat məbləğində inzibati qaydada cərimə edilib.

Son xəbərlər