Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |     15:53 İlham Əliyev İƏT-in baş katibini qəbul edib - Video  |     14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |     14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |     13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |    
Mojo.az Avto
Mojo.az Avto

Kənd Təsərrüfatı Nazirliyinə yeni səlahiyyətlər verildi

14.04.2025 14:12 543
Kənd Təsərrüfatı Nazirliyinə yeni səlahiyyətlər verildi
Prezident İlham Əliyev aqroparkların fəaliyyətinin təşkili, idarə olunması və inkişafı sahəsində əlavə tədbirlər və bununla əlaqədar bəzi fərmanlarında və sərəncamında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Median.Az
President.az-a istinadən xəbər verir ki, fərmana əsasən, dövlət tərəfindən aqroparkların yaradılması və aqroparkların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tədbirləri həyata keçirmək səlahiyyəti (Yevlax Pilot Aqropark istisna olmaqla) İqtisadiyyat Nazirliyindən alınaraq Kənd Təsərrüfatı Nazirliyinə verilib.

Kənd Təsərrüfatı Nazirliyi dövlət başçısının 21 dekabr 2021-ci il fərmanı ilə təsdiq edilmiş "Aqroparklar haqqında Nümunəvi Əsasnamə"də nəzərdə tutulmuş aktları 6 ay müddətində qəbul etməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməli, İqtisadiyyat Nazirliyi bu fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi İqtisadiyyat Nazirliyinin Yevlax rayonunda yaratdığı aqropark istisna olmaqla digər aqroparklara rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi səlahiyyətinə malik olacaq.

Son xəbərlər