Mojo.az Banner
19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Nobel mükafatı laureatı vəfat edib

14.04.2025 13:10 999
Nobel mükafatı laureatı vəfat edib
Məşhur Peru yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mario Varqas Llosa vəfat edib.

Bu barədə onun oğlu Alvaro "X" hesabında yazıb.

Məlumata görə, yazıçının 89 yaşı olub.

"Böyük kədər hissi ilə bildiririk ki, atamız Mario Varqas Llosa bu gün Limada ailəsinin əhatəsində vəfat edib", - deyə Alvaro Varqas Llosa bildirib.

Qeyd edək ki, Varqas Llosa Xulio Kortazar, Xorxe Luis Borxes və Qabriel Qarsia Markes ilə birlikdə Latın Amerikası nəsri "bumu"nun yazıçılarından biri hesab olunur. O, "Şəhər və itlər", "Kapitan Pantaleon və yaxşı xidmətlər rotası", "Pis adam və ya keçi bayramı", "Dəcəl qızın sərgüzəştləri", "Keltin yuxusu" kimi kitabların müəllifidir.

2010-cu ildə Varqas Llosa hakimiyyət strukturlarının təsviri və insan müqaviməti, üsyanı və məğlubiyyətinin parlaq təsvirlərinə görə ədəbiyyat üzrə Nobel mükafatını qazanıb. Yazıçı, həmçinin "Yasnaya Polyana" mükafatının da laureatı olub.скачать dle 11.3
Mojo.az Banner