Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Tacikistanda zəlzələ nəticəsində təxminən 100 ev dağılıb

14.04.2025 12:58 933
Tacikistanda zəlzələ nəticəsində təxminən 100 ev dağılıb
Tacikistanda dünən baş verən güclü zəlzələ nəticəsində iki rayonda təxminən 100 ev dağılıb, onlarla bina zərər görüb, bir uşaq həlak olub.

Bu barədə respublika hökuməti yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin (FHK) Böhran Vəziyyətlərinin İdarəetmə Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, Raşt rayonunun beş kəndində 40 yaşayış evi tamamilə uçulub, beş yaşayış evi, üç çayxana və bir məktəbin köməkçi binası qismən dağılıb. Bundan əlavə, Uşturpast kəndində evin divarı altında qalan üç yaşlı uşaq həlak olub.

"Tacikabad rayonunda, ümumilikdə 54 yaşayış evi tamamilə dağılıb, 45 ev qismən zədələnib, 61 yaşayış evi və iki orta təhsil müəssisəsi binası yüngül zədələr alıb, 196 köməkçi tikili tamamilə zədələnib, üç çayxana və bir tibb müəssisəsi qismən zədələnib", - deyə qurumdan əlavə ediblər.

Hadisə yerində Tacikistan Prezidenti Emoməli Rəhmonun tapşırığı ilə baş nazirin müavini Sulayman Ziyozoda rəhbərliyi altında yaradılmış respublika komissiyası işini davam etdirir.скачать dle 11.3
Mojo.az Banner