Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

12.04.2025 22:20 870
Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...
2018-ci ildə qurulan və "bir kliklə onlayn alış-veriş" üçün universal həll təqdim etdiyini iddia edən "Nate" startapı özündə süni intellekt (Al) olduğunu iddia etsə də, əslində yüzlərlə filippinli işçinin əməyindən istifadə edib.

Bunu VC portalı məlumat yayıb.

"Nate"in tərtibatçıları iddia edir ki, istifadəçilər istənilən onlayn mağazadan məhsul seçib, linki tətbiqə ötürə bilər, daha sonra sistem avtomatik olaraq ödəniş və çatdırılma daxil olmaqla alış-verişi həyata keçirir.

Lakin məlum olub ki, "özəl Al modelləri" əsasında qurulduğu deyilən avtomatlaşdırma texnologiyası uydurmadan ibarət olub. ABŞ Ədliyyə Nazirliyi şirkətin qurucusu Albert Sanigerə aldatma ittihamı irəli sürüb - idarəyə görə, o, mövcud olmayan Al həllərini işlək kimi təqdim edərək, həm hazırkı, həm də potensial investorları aldadıb.

İstintaq məlumatlarına görə, "Nate" Al texnologiyasını üçüncü tərəfdən alıb, əməliyyatların əhəmiyyətli hissəsini isə xarici autsorsing şirkətlərinin əməkdaşları əl ilə yerinə yetiriblər. Əsas yük Filippində yerləşən call-mərkəzlərə düşüb, burada yüzlərlə operator sifarişləri əl ilə emal edib. Eyni zamanda, şirkət investorlara proseslərin tam avtomatlaşdırıldığına dair etimad verdiyi üçün ittiham olunur.

2021-ci ildə Saniger mühəndislərə sifarişlərin yerinə yetirilməsində qismən kömək edəcək botlar hazırlamağı tapşırdığı üçün də tənqid olunub - bu, şirkətin "tamamilə Al həlli" barədə ictimai bəyanatlarına zidddir. Bundan əlavə, o, işçilərin əməliyyatların həqiqi quruluşu haqqında məlumat əldə etməsini "ticari sirr" bəhanəsi ilə məhdudlaşdırıb.

2023-cü ildə "Nate" maliyyə çatışmazlığı səbəbindən aktivlərini satıb. İnvestorlar öz qoyduqları vəsaiti geri qaytara bilməyiblər. ABŞ Ədliyyə Nazirliyi hesab edir ki, Sanigerin hərəkətləri texnoloji startaplara olan etimadı zəiflədib, "Nate"in qabaqcıl həllərə malik olduğu barədə yalan təəssürat yaradaraq, resursları həqiqətən innovativ şirkətlərdən yayındırıb.
//valyuta.az

Son xəbərlər