Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Ermənistan üç ölkəyə yeni səfirlər təyin edib

12.04.2025 19:45 1 338
Ermənistan üç ölkəyə yeni səfirlər təyin edib
Ermənistanın Yaponiya, Kamboca və Moldovada yeni səfirləri təyin edilib.

Müvafiq fərmanları prezident Vaaqn Xaçaturyan imzalayıb.

Yaponiyada səfir vəzifəsinə Monika Simonyan təyin edilib. Bu təyinata qədər o, Yaponiyadakı səfirlikdə ataşe vəzifəsində çalışıb.

Ermənistanın Moldovadakı yeni səfiri Tiqran Qalstyandır, o, eyni zamanda ölkənin Rumıniyadakı diplomatik nümayəndəsidir.

Ermənistanın Kambocadakı səfiri vəzifəsinə isə Suren Baqdasaryan təyin edilib. O, həmçinin ölkənin Vyetnamdakı nümayəndəsidir.

Son xəbərlər