Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

“Chevron” Venesueladan neft tədarükünü dayandırıb

12.04.2025 19:18 1 050
“Chevron” Venesueladan neft tədarükünü dayandırıb
Amerika şirkəti “Chevron” Vaşinqtonun birtərəfli sanksiyaları səbəbindən ABŞ-yə tədarük üçün nəzərdə tutulmuş nefti tankerlərdən boşaltmağa məcbur olub.

Bu barədə Bolivar respublikasının icraçı vitse-prezidenti, karbohidrogen naziri Delsi Rodriges teleqram kanalında yazıb.

“Chevron” ABŞ hökuməti tərəfindən başladılan iqtisadi müharibə və tətbiq edilmiş sanksiyalar səbəbindən Venesuelaya karbohidrogen xammalı tədarükü üçün ödəniş etmək mümkün olmadığından nefti Venesuelanın neft və qaz şirkəti “Peroleros de Venezuela”ya qaytarıb”, – o qeyd edib.

Rodrigesin sözlərinə görə, “bu neft beynəlxalq bazara daxil olacaq” və PDVSA transmilli şirkətlərlə müqavilələrin şərtlərinə əməl edəcək.

İcraçı vitse-prezident ABŞ-nin respublikaya “işləməyə və inkişaf etməyə mane olmayacağına və Venesuelanın qalib gələcəyinə” əminliyini ifadə edib.

2015-ci ildən bəri ABŞ və onun müttəfiqləri Venesuelaya qarşı 930-dan çox birtərəfli məhdudlaşdırıcı tədbir tətbiq ediblər. Venesuela iqtisadiyyatına ən böyük zərəri 2019-cu ildə (Donald Trampın ilk prezidentliyi dövründə) PDVSA-ya qarşı tətbiq edilən sanksiyalar vurur. Bu il fevralın 26-da Tramp Amerika neft şirkətlərinə respublikada işləmək imkanı verən sanksiya rejimindən istisnalara son qoymaq qərarını elan edib. “Chevron” Venesuelada neft hasilatı üçün lisenziyadan məhrum edilib və mayın 27-də fəaliyyətini dayandırmalıdır. Mart ayının sonunda bütün xarici şirkətlər üçün Amerika lisenziyaları ləğv edilib.скачать dle 11.3
Mojo.az Banner