Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

HƏMAS Böyük Britaniyadan onu terror təşkilatları siyahısından çıxarmağı xahiş edir

10.04.2025 20:40 1 248
HƏMAS Böyük Britaniyadan onu terror təşkilatları siyahısından çıxarmağı xahiş edir
Fələstinin HƏMAS hərəkatı Böyük Britaniya hakimiyyətinə onun ölkədə qadağan edilmiş terror təşkilatları siyahısından çıxarılması ilə bağlı sorğu göndərib.

Median.Az
"İnterfaks"a istinadən xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Londonda hərəkatın maraqlarını təmsil edən “Riverway Law” Vəkil Bürosu sorğunun bir gün əvvəl Böyük Britaniya Daxili İşlər Nazirliyinə göndərildiyini təsdiq edib.

106 səhifəlik sorğuda HƏMAS-ın Böyük Britaniya ərazisində terror qruplaşması kimi tanınmasının hüquqi əsaslarına etiraz edilir. Sənəd hüquq, akademik, jurnalistika, siyasi və mədəni sahələrdən olan 20 ekspertin, o cümlədən BMT-nin Beynəlxalq Məhkəməsinin keçmiş xüsusi hakimi Con Duqardın arqumentləri ilə əsaslandırılıb.

Vəkillər Böyük Britaniyanın daxili işlər naziri İvett Kuperə müraciət edərək "çətin olsa da, sülhə doğru mühüm və cəsarətli addım atmağa" çağırıblar.

EFE xatırladır ki, HƏMAS hərəkatı 2021-ci ilin noyabrında Britaniyada qadağan edilmiş terror təşkilatları siyahısına daxil edilib.скачать dle 11.3

Son xəbərlər