Mojo.az Banner
12:25 P.Diddi Tupak Şakurun qətli ilə bağlı ittiham oluna bilər  |     12:22 Astarada dənizdə boğulan şəxs 5 UŞAQ ATASIDIR - Axtarışı davam etdirilir (Yenilənib)  |     12:16 Azərbaycan neftinin qiyməti 95 dolları keçib  |     12:15 Lənkəranda avtomobil dərəyə aşdı, ölən var  |     12:13 Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək  |     12:11 Ay qırmızı rəngə bürünəcək: Tarix və saat AÇIQLANDI  |     12:08 Fransada itkin düşən məşhur tiktokerin meyiti tapılıb  |     12:08 Xırdalanda 31 yaşlı kişi qətlə yetirildi  |     12:03 Ermənistan Türkiyə ilə sərhədi açmağa hazırlaşır  |     11:51 Uşaqlar niyə kosmetika bazarının hədəfinə çevrilib? — Tənqidi ARAŞDIRMA  |     11:48 Rusiyada yaşayan azərbaycanlıları nə gözləyir? - Deportasiya qaydaları sərtləşir  |     11:41 Qalmaqallı kollec direktoru İŞDƏN ÇIXARILDI  |     11:37 İdman liseyləri və Bülbül adına orta ixtisas musiqi məktəbinə qeydiyyat başlayır  |     11:11 UEFA Konfrans Liqası: "Qarabağ" "Tvente"yə qarşı  |     11:05 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib - DTX-dən xüsusi əməliyyat  |     23:01 "Real" Bernardonu rəsmən təqdim etdi  |     22:56 2026-cı ildə qiyməti ucuzlaşa biləcək 6 lüks SUV  |     22:50 Azərbaycanda yük qatarında tüstülənmə oldu  |     22:41 Wi-Fi şifrəsini unutmusunuz? - Telefonda və kompüterdə belə öyrənə bilərsiniz  |     22:34 Bakıda məsciddə namaz qılıb yatdı - Telefonu oğurlandı  |    
Left Banner
Right Banner

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə iclası keçirilir

10.04.2025 12:11 981
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə iclası keçirilir
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

Proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur.

Xatırladaq ki, ötən prosesdə təqsirləndirilən şəxslərdən David Babayan epizodlar üzrə prokurorların suallarına cavab verib.

Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələri tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.скачать dle 11.3
Mojo.az Banner