Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ləğv edilən 4 bankın əmanətçilərinə ayrılan VAXT BİTİR

09.04.2025 19:50 822
Ləğv edilən 4 bankın əmanətçilərinə ayrılan VAXT BİTİR
Ləğv prosesində olan "Amrah Bank", "AGBank", "Atabank" və "NBC Bank" ASC-lərdə qorunan əmanətləri olan fiziki şəxslərə (sahibkarlar istisna olmaqla) kompensasiya ödənilməsi müddəti başa çatmaq üzrədir.

Median.Az
bu barədə Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə "Atabank" və "Amrah Bank"ın, 12 may 2020-ci il tarixli qərarı ilə "NBC Bank" və "AGBank"-ın lisenziyaları ləğv edilib. Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə "Atabank" və "Amrah Bank", 14 may 2020-ci il tarixli qərarı ilə "NBC Bank" və "AGBank" müflis elan edilib, iflas proseduruna başlanılıb, həmin qərarla Fond ləğvedici təyin olunub.

Qorunan əmanətçilərə kompensasiyaların verilməsi barədə ilk bildiriş "Atabank" və "Amrah Bank" üzrə 8 may 2020-ci il tarixdə, "NBC Bank" və "AGBank" üzrə isə 17 may 2020-ci il tarixdə KİV-də dərc edilib.

"Əmanətlərin sığortalanması haqqında" qanunu 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Həmin Qanunun 28.4-cü maddəsində əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.

"Atabank" və "Amrah Bank"ın qorunan əmanətçilərinə kompensasiyaların verilməsi və ya kompensasiya vəsaitləri ilə öhdəliklərinin əvəzləşdirilməsi 8 may 2025-ci il tarixdə, "NBC Bank" və "AGBank"da isə bu müddət 17 may 2025-ci tarixdə bitir. Həmin tarixdən sonra əmanətçilərdən müvafiq müraciətlər olmadığı təqdirdə məbləğ "Banklar haqqında" qanunun 82.1.8-ci maddəsinə əsasən sonuncu növbə üzrə təminatsız kreditor tələbi kimi qeydə alınacaq.

Qeyd edilən müddət və tarixləri nəzərə alaraq "Amrah Bank", "AGBank", "Atabank" və "NBC Bank"da bugünə qədər qorunan əmanətlər üzrə kompensasiya almayan şəxslərə onların vaxtında müraciət etməsini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlərlə birlikdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən Əmanətlərin Sığortalanması Fonduna müraciət etmələri tövsiyə olunur.

Son xəbərlər