Mojo.az Banner
18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |    
Mojo.az Avto
Mojo.az Avto

İngiltərə növbəti mövsüm ÇL-də azı 5 komanda ilə təmsil olunacaq

09.04.2025 19:11 1 143
İngiltərə növbəti mövsüm ÇL-də azı 5 komanda ilə təmsil olunacaq
Növbəti mövsüm İngiltərə Premyer Liqasının azı beş komandası Çempionlar Liqasına (ÇL) vəsiqə qazanacaq.

Bu barədə “BBC Sport” məlumat yayıb.

Bildirilib ki, “Arsenal”ın Londonda “Real” üzərində ÇL-in 1/4 final mərhələsinin ilk oyununda qazandığı 3:0 hesablı qələbədən sonra İngiltərənin növbəti mövsüm bu turnirdə minimum beş komanda ilə təmsil olunması təmin edilib. Belə ki, üç Avropa turnirinin hər hansı birində bir qələbə İngiltərə üçün beşinci yeri təmin edəcəkdi.

İki əlavə yer UEFA-nın əmsallar cədvəlində ölkələrin reytinqinə əsasən verilir.

Qeyd edək ki, Premyer Liqanın vahid lideri “Liverpul”dur (73 xal). Komandanın ən yaxın təqibçisi isə “Arsenal”dır (62 xal). İlk "üçlüy"ü “Nottinqem Forest” (57 xal) qapayır. Turnir cədvəlinin dördüncü pilləsi ilə onuncu pilləsini cəmi 8 xal ayırır ki, bu da ÇL-ə vəsiqə qazanmaq uğrunda mübarizəni daha da gərginləşdirir.

“Aston Villa” bu il ÇL-i qazanarsa, lakin yerli çempionatda Avropanın ən nüfuzlu klub turnirinə vəsiqə əldə edə bilməzsə, “Mançester Yunayted” və ya “Tottenhem” isə Avropa Liqasını qazanarsa, İngiltərə 2025/2026 mövsümündə ÇL-də 7 komanda ilə təmsil oluna bilər.

Qeyd edək ki, İtaliya əmsallar cədvəlində ikinci, İspaniya üçüncü, Almaniya dördüncüdür.
//reportскачать dle 11.3
Mojo.az Banner