Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

"Nikosayağı"nın əfv olunması ilə bağlı komissiya üzvündən AÇIQLAMA

08.04.2025 17:27 843
Azərbaycanda may ayında əfv sərəncamının imzalanması gözlənilir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları keçirilir. Ötən iclaslarda Komissiya 400-dən artıq müraciətə baxıb.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, əfv olunmaq üçün müraciət edənlərin arasında bir çox tanınmış simalar - sabiq məmurlar, sabiq icra başçıları, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Əjdər Ol və meyxanaçı Rəşad Dağlı, "Nikosayağı" ləqəbi ilə tanınan bloqer Nicat Şakirli də var.

Bəs bu iddialar nə qədər həqiqətə uyğundur?

Median.Az
xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib ki, hansısa fenomenin əfv siyahısına düşməsi ilə bağlı məlumata malik deyil:

"Bu məsələ Azərbaycan Respublikasının Prezidentinin konstitusion səlahiyyətinə aid bir məsələdir. Kimlərin əfv ediləcəyini yalnız cənab Prezident müəyyən edir. Çünki son qərar dövlət başçısına mənsubdur. Əgər kimsə desə ki, filankəs əfv olunacaq, bu, kökündən yanlış bir yanaşmadır".

Müsahibimiz əlavə edib ki, bu günə qədər Komissiya 400-dən artıq müraciətə baxılıb və müvafiq qərarlar qəbul edilib:

"Əfv Komissiyasının vəzifəsi məhkumların özləri, yaxınları və vəkilləri tərəfindən edilən müraciətlərə, eləcə də deputatların, QHT-lərin, Ombudsmanın və vətəndaş cəmiyyətinin digər üzləri tərəfindən qaldırılan vəsadətlərə baxmaqdır. Yüzlərlə ərizə daxil olur. Hər bir ərizə diqqətlə araşdırılır və müvafiq qərarların verilməsi üçün rəylər hazırlanır".

Qeyd edək ki, 1995-ci ildən bu günə qədər Azərbaycanda 70 əfv sərəncamı olub. Bu əfv sərəncamlarından 33-ü ümummilli lider Heydər Əliyev, 37-si isə Prezident İlham Əliyev tərəfindən imzalayıb. Bu əfv sərəncamları bütövlükdə 10 mindən artıq məhkuma şamil edilib.

Xatırladaq ki, Əjdər Ol Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinib.

O, 2022-ci ilin aprelində 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2022-ci ilin iyulunda isə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 8 il 3 aya endirilib.

Nicat Şakirli isə ötən ilin martında 5 il müddətinə azadlıqdan məhrum edilib. Belə ki, 2023-cü ilin avqustunda N.Şakirlinin idarə etdiyi "Porsche" markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.

Son xəbərlər