Mojo.az Banner
18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |     16:17 Bakıda skuter və motosikletin iştirakı ilə baş verən qəzalar - VİDEO  |     16:11 DYP dəmir yolu keçidləri ilə bağlı xəbərdarlıq etdi  |     16:06 Bakıda hərəkətin təşkili sürcülərdə çaşqınlıq yaratdı - VİDEO  |     15:01 Türkiyənin bu əyalətində naməlum infeksiya yayılır  |     14:54 Toydan sonra qonşusunu bıçaqladı  |     14:50 Şuşa Musiqili Teatrında "Su pərisi" olacaq  |     14:43 Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

İşsiz olduğu üçün ondan kirayə pulu almayan qadının evindən oğurluq etdi

07.04.2025 22:41 759
İşsiz olduğu üçün ondan kirayə pulu almayan qadının evindən oğurluq etdi
Bakıda kirayə yaşadığı evdən oğurluq edən şəxsə hökm oxunub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində, "Yerazlar məhəlləsi" kimi tanınan ərazidə yerləşən evlərdən birində baş verib.

2002-ci il təvəllüdlü Hüseyn B. həmin ərazidə kirayədə yaşadığı evə geri dönərək oğurluq törədib. Belə ki, o, gecə saat 04:00 radələrində evin mətbəx hissəsindən içəri daxil olub və ev sahibi Sənəm adlı qadının evindən 800 manat nağd pul, digər yataq otağında dolabın üzərində yerləşən 40 manat dəyərində qol saatı və həmin otaqda paltar dolabından asılmış paltonun cibindən həmin günkü məzənnəyə əsasən 1146 manat dəyərində olan 60.000 rus rublunu oğurlayıb.

Hadisə zamanı Sənəmin qızının qışqırığı ilə Hüseyn B. pəncərədən həyətə çıxaraq hadisə yerindən qaçıb.

Məhkəmədə müəyyən edilib ki, təqaüdçü olan Sənəm Hüseyn B.-nı evində kirayə saxlayıb. Onun maddi vəziyyətinin zəif olduğunu və sabit işi olmadığını nəzərə alaraq, qadın ondan kirayə haqqı almamağa qərar verib. Lakin Hüseyn B. qadının bu yaxşılığını qiymətləndirmək əvəzinə, onun evindən oğurluq edib. O, oğurluqdan bir müddət əvvəl həmin evdən çıxaraq, guya Bakıda iş tapa bilmədiyi üçün rayona qayıtdığını bildirib.

Məhkəmənin hökmü ilə Hüseyn B. 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.скачать dle 11.3
Mojo.az Banner